Yeni Sibir adaları () — Rusiyaya məxsus arxipelaq, Şimal Buzlu okeanınında, Laptevlər dənizi ilə Şərqi Sibir dənizi arasında yerləşən arxipelaq. Arxipelaq Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Arxipelaqın sahəsi 38,4 min. km²təşkil edir<ref>Rusiya Coğrafiya xəritəsi. PKО"Kartoqrafiya".-М.1998</ref>. Yeni Sibir adaları Ust-Lena Dövlət təbiət qoruğunun ərazisinə daxil edilmişdir.

Arxipelaq üç adalar qrupundan ibarətdir: Lyaxovski adaları, Anju adaları və De-Lonq adaları.

Tarixi left|300px Adalar haqqında ilk məlumat XVIII əsrin əvvəllərində Yakov Permyakov məlumat vermişdir. Lena çayı ilə hərəkət edərək Kolıma çayına getmək istərkən adaları aşkarlayır. 1712-ci ildə Vaqin Merkuriy ilk dəfə Böyül Lyaxovsi adasında olmuşdur.

Geologiya, coğrafiya, iqlim thumb|320px|Yeni Sibir adaları. İyun, 2002 Adaların səthinə fikir verdikdə onun əsasən qranit təbəqəsindən və qayalıqlardan ibarət olduğunu görmək olar. Arxipelaqın üzəri qalın buzlarla örtülüdür. Yay aylarında buz qatının bir hissəsi əriyərək çılpaq səthi açıq aydın göstərir. Bu zaman buradan Mamont, Tüklü kərgədan, Vəhşi at və digər canlıların qalıqları aşkarlanmışdır. Arxipelaqın ən hündür nöqtəsi 426 metr təşkil edir (Bannetta adası). Adalarda arktik iqlim hakimdir. Qış noyabrdan aprelə qədər davam edir. Qış 9 ay davam edir. Yanvar ayında temperatur −28°, −31 °S təşkil edir. Orta illik yağıntının miqdarl 77 mm-dir. Avqust ayında yağıntının miqdarı 18 mm olur. Arxipelaqın ən iri çayı Balıtaxdır. Adaları səthi göllər və bataqlıqlarla zəngindir.

Flora və fauna Arxipelaqa daxil adaların üzəri əsasən tundra arktik bitkiləri ilə örtülü olur. Burada çiçəkləyən bitkilərdən Oreomecon radicata, Qaymaqçiçəyi, Daşdələn, Yastıqotu kimi bitkilər yayılmışdır. Məməlilərdən: Şimal maralı, Qütb tülküsü, Lemminq, Ağ ayı. Quşlardan isə arxipelaqda Qütb bayquşu, Ağ kәklik kimilərini göstərmək olar. Yay dönəmində adalarda qazlar, ördəklər və digər köçəri quşlara rast gəlmək olar. Adalara yaxın ərazilərdə Qağayılar, Qaqar, Təmizçilər kimi quşlar yaşayır. Arxipelaqın ərazisində vaxtı ilə Qütb tülküsü ovu həyata keçirilirdi.

Kotelnı adasında 1933-ci ildə Qütb stansiyası fəaliyyət göstərirdi.

Daimi fəaliyyət göstərən hərbi baza 2012-ci ildə Yeni Sibir adalarında (Kotelnı) Rusiya hərbi qüvvələrinin təlimləri baş vermişdir. 2013-ci ildən hərbiçilər adaya texnika yerləşdirdilər. 2014-ci ilin Rusiya hökuməti tərəfindən Artikada hərbi bazanın yaradılması haqqında sənədi təsdiqləmişdir

Qışlama Sovet dönəmindən əvvəl və sovet dönəmində arxipelaqın adalarında müvəqqəti yerləşim yerləri mövcud olmuşdur: Kotelnı — Аmbardax, Bхаk Karqa, "Bunqe" qütb stansiyası, "Anqu (Anji)" dayanacağı; (hazırda isə "Sannikov" stansiyası fəaliyyət göstərir) Yeni Sibir — Biruli, Böyük qışlama yeri; Böyük Lyaxovski — Kiçik qışlama yeri; Kiçik Lyaxovski — Federovski (Mixaylova)''.

Arxipelaqa daxil adalar Bastın-Tas Belkovski Bennetta Böyük Lyaxovski Vilkiski Henriett Jannett Jeleznyakov Joxov Zatoplyaemıyк юго-западу от о. Столбовой (Xəritə S-53_54 ) Kotelnı Kiçik Lyaxovski Matar Nnosnıy Neizvesniye Yeni Sibir Posadnıy Skrıtıy Stolbovoy Strijyov adası Tas-Arı Usuk-Karqa Xoptolox Xopto-Terer Yaya

İstinadlar

Ədəbiyyat Новосибирские острова. Сб. ст., Л., 1963; Советская Арктика, М., 1970.

Mənbə Topoqrafik xəritə

Kateqoriya:Şərqi Sibir dənizi adaları Kateqoriya:Yakutiya adaları Kateqoriya:Laptevlər dənizi adaları Kateqoriya:Yeni Sibir adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Palearktika ekoregionları Kateqoriya:Yaşayış olmayan arxipelaq