thumbnail
Qafqaz İsgəndəriyyəsi () — Hinduquş dağlarının cənub ətəklərində, Paropamisadahda yerləşən ellin şəhəri.
Şəhərin əsası e.ə. 329-cu ilin martında Əhəmənilər imperiyasının Qəndəhar satraplığının paytaxtının yerində Makedoniyalı İskəndər tərəfindən qoyulmuş, burada 7 min nəfər makedoniyalı, 3 min nəfər muzdlu döyüşçü, bir neçə min nəfər aborigen məskunlaşdırılmışdırDiodor 17, 83.. Şəhərin Qafqaz İsgəndəriyyəsi adlandırılmasının səbəbi qədim dövrlərdə Hindiquşun Asiya Qafqazı kimi tanınması ilə bağlıdır.
E.ə. II-I əsrlərdə Qafqaz İsgəndəriyyəsi "Alasandra" adı ilı Hind-yunan çarlığının"Monnaies Gréco-Bactriennes et Indo-Grecques, Catalogue Raisonné", Osmund Bopearachchi, 1991, Bibliothèque Nationale de France, ISBN 2-7177-1825-7 paytaxtlarından biri idi. Hökmdar sarayında buddizm dini yüksəliş dövrünü yaşayır, monarxların əksəriyyəti yunan dilində danışırdılar. Şri-Lankada belə hesab edirdilər ki, Anuradhapurda böyük Budda məbədinin əsasının qoyulmasında 30 min monarx iştirak etmişdir.
Qafqaz İsgəndəriyyəsinin yerini arxeoloqlar dəqiq müəyyən edə bilməmişlər. Alimlərin əksəriyyəti Qafqaz İskəndəriyyəsinin xarabalıqlarını Kabuldan 45 km. şimalda Baqram şəhərinin yaxınlığında axtarırdılarFriedrik Hiebert, Pierre Cambon (Hrsg.): Afghanistan. Hidden Treasures from the National Museum, Kabul. National Geographic, Washington D. C. 2008, ISBN 978-1-4262-0295-7, S. 146–147.. Pakistanlı arxeoloqların tədqiqatlarına əsasən Qafqaz İsgəndəriyyəsi müasir ÇarikarГеографический энциклопедический словарь: географические названия / Под ред. А. Ф. Трёшникова. — 2-е изд., доп.. — М.: Советская энциклопедия, 1989. — С. 539. — 210 000 экз. — ISBN 5-85270-057-6 şəhəridir.
İstinadlar
Mənbə William W. Tarn: The Greeks in Bactria & India. 2. Auflage. Cambridge University Press, Cambridge 1951, S. 460–462. Friedrik Hiebert, Pierre Cambon (Hrsg.): Afghanistan. Hidden Treasures from the National Museum, Kabul. National Geographic, Washington D. C. 2008, The Greeks in Bactria & India. 1951, S. 460–462. Hochspringen ↑ So Tarn: The Greeks in Bactria & India. 1951, S. 461–462. Hochspringen ↑ Madhukar K. Dhavalikar: Ganeśa: Myth and Reality. In: Robert L. Brown (Hrsg.): Ganesh. Studies of an Asian God. State University of New York Press, Albany NY 1991,
Xarici keçid "Alexandria in the Caucasus" , Livius.org Livius.org: Alexandria in the Caucasus
Kateqoriya:Makedoniyalı İsgəndər Kateqoriya:Əfqanıstan Kateqoriya:E.ə. IV əsrdə yaranan yaşayış məntəqələri