İslam incəsənəti muzeyi () — Qətərin paytaxtı Dohada yerləşən və arxitektor Bey Yuyminin layihəsi əsasında yaradılan muzey. Muzeyin qalereyasının daxili dizaynı arxitektor Jan Mişel Vilmottun rəhbərliyi altında işlənilmişdir.
Tarixi və təsviri
Muzeyin binası qədim islam arxitekturası üslubunda tikilsə də, unikal dizayna malikdir. Bu muzey Fars körfəzi sahillərində yerləşən ərəb ölkələrinin ilk incəsənət muzeyidir və islam incəsənətinin iri kolleksiyasına, tədqiqat institutuna və kitabxanaya malikdir. Muzeyə, həmçinin ərəb motivləri əsasında fransız Aralıq dənizi mətbəxinin xidmətlərini təklif edən yüksək səviyyəli mətbəx də daxildir. Tunis yazıçısı və incəsənətşünası Sabiha əl-Hemir 1206-cı ildən 2008-ci ilədək muzeyin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir.
Muzeyin ümumi sahəsi 45 000 m²-dir. Muzey Doha körfəzinin cənub qurtaracağında, Doha limanı yaxınlığında yerləşir. Muzeyin tikintisi Türkiyənin Baytur Constr.Co. şirkəti tərəfindən həyata keçirilmişdir. İnşaat işləri 2006-cı ildə tamamlansa da, muzeyin daxili quruluşu Qətər əmirinin iştirakı ilə sonralar müxtəlif dəyişikliklərə məruz qalmışdır Muzey rəsmi şəkildə22 noyabr 2008-ci ildə . Muzey geniş ictimaiyyət üçün 8 dekabr 2008-ci ildə açıq elan edilmişdir
Kolleksiya Muzeydə əlyazmalar, parçadan və keramikadan hazırlanmış əşyalar da daxil olmaqla 1980-cı illərin sonlarınadək toplanmış İslam incəsənətinə aid maddi - mədəniyyət nümunələrindən ibarət kolleksiya nümayiş etdirilir. Burada islam incəsənətinin yayldığı geniş bir arealı əks etdirən, öz mənşəyinə görə İspaniya, Misir, İran, İraq, Hindistan və Mərkəzi Asiya ərazilərində tapılmış zəngin sənət nümunələri toplanmışdır..
İstinadlar
Xarici keçid Dohada İslam İncəsənəti Muzeyinin rəsmi saytı Dohada İslam İncəsənəti Muzeyinin xəritəsi Dohada İslam İncəsənəti Muzeyi
Kateqoriya:Qətər muzeyləri Kateqoriya:Doha Kateqoriya:Dekorativ-tətbiqi incəsənət muzeyləri