II Arşak — erməni bəstəkarı Tiqran Çuxacyan tərəfindən 1868-ci ildə yazılmış və İstanbulda təqdim edilmiş ilk milli erməni operasıdır.Музыкальный энциклопедический словарь . — М.: "Советская энциклопедия", 1990.Атаян Р. А. Армянская Советская Социалистическая Республика. XVI. Музыка // Большая советская энциклопедия.George Grove, Stanley Sadie. The New Grove dictionary of music and musicians. — 1980. — С. 213.Театральная энциклопедия . — С. 25.Чухаджян Тигран Геворгович // Большой Российский энциклопедический словарь.Музыкальный энциклопедический словарь . — 1990. II Arşak Şərq musiqi mədəniyyəti tarixində ilk operadır.Армянская советская энциклопедия. — Т. приложение "Советская Армения". — С. 578.Dzidzernak. — Cairo: April — July 2006. — № 2–3.Xronoloji ardıcıllıqla: ilk gürcü operası — 1897 (bax. ), ilk Azərbaycan operası — 1907 (bax. ), ilk türk operası — 1934 (bax. ), ilk ərəb operası — 2003 (bax. və ), ilk yapon operası — 1952 (bax. ) və sair. Operanın librettosunun müəllifi Tovmas Terzyandır.
Yaradılması tarixi
İlk erməni milli operasıJohn Hamilton Warrack, Ewan West. The concise Oxford dictionary of opera . — 3-е изд. — New York: Oxford University Press, 1996. — С. 92.Музыкальный энциклопедический словарь . — М.: Советская энциклопедия, 1990. olan II Arşak, bəstəkar Çuxacıyanın ən böyük Театральная Энциклопедия . — М.: Советская энциклопедия, 1961. — Т. I. — С. 293–294. əsəridir. Bəstəkar opera üzərində işi 1868-ci ildə İstanbulda tamamlamışdır. Əsərin iki dilli (italyan və erməni dili) librettosunun müəllifi şair və dramaturq Tovmas Terzyandır. Opera ilk dəfə 1871-ci ildə nəşr edilmişdir.Agop Jack Hacikyan, Gabriel Basmajian, Edward S. Franchuk. The Heritage of Armenian Literature: From the Eighteenth Century to Modern Times . — Wayne State University Press, 2005. — С. 381. Öz stilinə görə operanın librettosu lirik-dramatik janra aiddir. Terzyanın kitabında verilmiş italyan dilində operanın tamamlanması haqqında qeyd erməni milli operasının yaranması kimi qəbul edilir.
Operanın ilk səhnələşdirilməsi 10 mart 1868-ci ildəahmizian N. The life and work of Dikran Tchouhadjian. — Los Angeles: Drazark Press, 2001. — P. 35. (əsərin hissələri göstərilmişdi) "Naum" teatrındaMixael Naumun teatrı 1870-ci ilə kimi İstanbulda fəaliyyət göstərmiş və yanğın nəticəsində dağılmışdır ( Türkiyə Respublikası Mədəniyyət Nazirliyi ), italyan opera truppasının ifasında baş tutmuşdur. Bəstəkar operanın tam səhnələşdirilməsini növbəti 1869-cu il üçün nəzərdə tutsaАрмянская советская энциклопедия. — Т. 9. — С. 66–67. da, Osmanlı imperiyasındakı qeyri-əlverişli şəraitDavid Stevens. An Armenian Opera: First Take // The New York Times. — 17 oktyabr, 2001. və lazımlı material resursların olmaması üzündən bu ideyanı gerçəkləşdirmək mümkün olmamışdır. Bəstəkarın sağlığında operadan bəzi nömrələr İstanbulda, Venesiyada və Parisdə konsertdə ifa edilmişdir ("Olimpiya" adı ilə).Театральная Энциклопедия . — М.: Советская энциклопедия, 1961. — Т. I. — С. 293–294. 1873-cü ildə operadan fraqmentЧухаджян Тигран Геворгович — статья из Большой советской энциклопедии (3 издание) Vyanada Beynəlxalq sərgidə təqdim edilmişdir.Русская музыкальная газета. — 1901. — № 19.
Monumental II Arşak operası XIX əsrin I yarısı italyan tarixi-romantik operaları – Rossini, Bellini və Verdi yaradıcılığının erkən dövrünü xatırladan ənənələr əsasında yazılmışdır.Введенский Б. А. Большая советская энциклопедия . — Т. 47. — С. 485. Librettonun lirik ideyasını təcəssüm etdirən Çuxacıyan, həm də, qəhrəmanlıq və dramatizm xəttini inkişaf etdirir. Operanın əsas obrazları Böyük Ermənistan çarı II Arşak, çariça Olimpiya, knyaginya Parandzem, knyazlar Qnel, Tirit və başqalarıdır. Ermənistan tarixinə aid süjet qədim erməni tarixçiləri Moisey Xorenli və Favstos Buzandın məlumatlarına əsaslanır.Kevork B. Bardakjian. A reference guide to modern Armenian literature, 1500–1920: with an introductory history . — Wayne State University Press, 2000. — С. 536. Hadisələr 365–367-ci illərdə Armavirdə, Böyük Ermənistan, Roma və Sasanilər imperiyalarının mürəkkəb qarşılıqlı əlaqələri mühitində baş verir. Operanın musiqi-ədəbi ideyası həm də erməni xalqının XIX əsrdə milli və sosial azadlıq cəhdlərini əks etdirir. Janr xüsusiyyətlərinə görə II Arşak böyük simfonik orkestr, xor və nəfəsli alətlər ansamblının istifadə edildiyi "böyük opera"lar (Grand opera) sırasına aid edilir.
Çuxacıyanın ölümündən sonra, 1920-ci illərdə onun orijinal əlyazmaları Ermənistana, dul həyat yoldaşı A. Abazyana göndərilmişdir.The California Courier. — Los Angeles, August 24, 2000. Əlyazmalar 1942-ci ildə musiqişünas G. Tiqranov tərəfindən aşkarlandıqdan sonra əsərin ikinci həyatı başlamışdır.Рухкян М. А. Премьера "Аршака II": напоминание о проблемах // Голос Армении. — 2007. — № 105 (Электронная версия). Opera ilk dəfə tam şəkildə 29 noyabr 1945-ci ildə publikaya təqdim edilmişdir. Yeni səhnələşdirmə üçün operanın librettosu A. Qulakyan tərəfindən redaktə edilmiş, drijorluğu isə M. Tarvizyan öhdəsinə götürmüşdür. II Arşak Neapol, Vyana və başqa şəhərlərdə səhnələşdirilmişdir.Давтян Р. Анна Асатрян. "Аршак II" — первая армянская опера. // Ист.-филол. журнал. — 2007. — С. 290–293. 1956-cı ildə opera Moskvanın Böyük teatrında səhnələşdirilmişdir. 2001-ci ildə II Arşak ABŞ-da səhnələşdirilmişdir. 1988-ci ildə opera ilk dəfə ekranlaşdırılmışdır.
San Fransisko operasının musiqi direktoru, musiqişünas Kliford Kranna II Arşak operası haqqında yazır:
II Arşak operasından bəhs edən musiqi tənqidçisi D. Stivens XIX əsrin ortalarına aid italyan operalarının təsirini xüsusi qeyd edərək, əsərin güclü lirik ifadə xüsusiyyətlərini və Verdi əsərlərinin idiomlarını vurğulayır.An armenian opera: first take // International Herald Tribune. — 17 October 2001.: "Arshak II comes across as basically a well-made mid-19th-century Italian opera, even in Armenian, and Chukhadjian displays a strong and well-shaped lyric expressiveness, influenced particularly by an obvious familiarity with the idiom of early Verdi."
Süjet və janr 200px|thumbnail|right|II Arşak operasının partiturasından səhifə Çar II Arşak atası çar Tiranı öldürmüş, qardaşı Qneli sürgün etmiş qəddar hökmdardır. Nə vaxtsa Arşak knyaginya Parendzemə aşiq olmuş, lakin Parandzemin qardaşı ilə evlənməsindən sonra Arşak Olimpiya ilə evlənmişdir. Vaxt keçir, Parendzem Arşaka yalvararaq Qnelin sürgündən qayıtmasına icazə verməyi xahiş edir. Qəddar və rəhmsiz çar əsgərlərə Parendzemi həbs etməyi buyurur. Qadağaya baxmayaraq, Qnel gizlincə şəhərə qayıdır, erməni silahlı qüvvələrinə rəhbərlik edən dostu Valensiya ilə birlikdə Arşakdan qisas almağa and içir.
Valensiya hökmdar sarayına gələrək çariça Olimpiya ilə görüşür, onu II Arşakın sadiq olmaması vəParendzemlə əvlənməli olduğuna inandırmağa çalışır. Valensiya Olimpiyaya sevgisini etiraf edir və övladı ilə birlikdə qaçmağı təklif edir. Həmin vaxt Parendzem qısqanclıqdan əri Qneli, oğlunu və Arşakın varidini öldürür. Qəddar çar Arşak çariça Olimpiyanı qaranlıq zindana göndərir. Arşak və Parendzemin qurbanlarının ruhları hər yerdə onu izləyir. Bir müddət sonra Böyük Ermənistanın çariçası hüququnu bərpa etmək üçün katolikos Nerses Olimpiyanı azad edir. O, Arşakı bağışlayır. Bayram zamanı Parendzem Olimpiyaya zəhərli şərab verir, özü də zəhər içir. Finalda, ölümqabağı o, II Arşaka da ölümcül zərbə vurmağı bacarır.
Rollar II Arşak operasındakı əsas rollar aşağıdakılardır: II Arşak – Böyük Ermənistan çarı Vardan – Arşakın əsgəri Parandzem – Sünik şahzadəsi, Qnelin həyat yoldaşı Valensiya – Sünik şahzadəsi, erməni silahlı qüvvələrinin rəhbəri Olimpiya – Böyük Ermənistan çariçası, Roma imperatorunun qızı Nerses – Erməni katolikosu Çar Tiranın ruhu Olimpiyanın oğlu Arşakın ruhu
Libretto Opera dörd pərdədən ibarətdir.
I Pərdə II Arşak müharibədən qayıdır. Şahzadə Tirit çarı öldürməyə cəhd edir.
II Pərdə II Arşakın əsgərləri şahzadə Tiriti həbs edirlər.
III Pərdə Çar Arşak öz həyat yoldaşı Olimpiyanı həbsə göndərir. II Arşak xəyanətkarları bağışlayır.
IV Pərdə Şahzadə Spandarat çar Arşakı zəhərləməyə çalışır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ermənistan mədəniyyəti Kateqoriya:İtalyanca operalar Kateqoriya:Əlifba sırasına görə operalar Kateqoriya:Ermənistan musiqisi Kateqoriya:1868-ci ildə yarananlar