Dinməhəmməd Əhməd oğlu Kunayev (; ; ) — Qazaxıstan dövlət və partiya xadimi, Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1960–1962, 1964–1986), Üçqat Sosialist Əməyi Qəhrəmanı.
Həyatı Dinməhəmməd Kunayev 12 yanvar 1912-ci ildə Almatıda anadan olub. Ali məktəbi 1936-cı ildə Moskvada bitirib. 1942-ci ildə Qazaxıstanın Nazirlər Kabinetində əmək fəaliyyətinə başlayıb. 1948-ci ildə texniki elmlər doktoru, 1952-ci ildə Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü olub. Həmin ildən 1955-ci ilə qədər Elmlər Akademiyasına rəhbərlik edib. 1960-cı ildə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Qısa fasilə ilə 1986-cı ilə qədər həmin vəzifəni icra edib. Qazax xalqı və dövləti üçün gördüyü işlərə görə böyük nüfuz qazanıb.
Dinməhəmməd Kunayev 4–8-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.http://www.knowbysight.info/1_SSSR/10245.asp Deputatların siyahısıhttp://www.knowbysight.info/1_SSSR/12605.asp Deputatların siyahısıhttp://www.knowbysight.info/1_SSSR/06647.asp Deputatların siyahısıhttp://www.knowbysight.info/1_SSSR/06648.asp Deputatların siyahısıhttp://www.knowbysight.info/1_SSSR/06649.asp Deputatların siyahısı
D. Kunayev vəzifəsindən kənarlaşdırılandan sonra qazax xalqı, xüsusilə də gənclər küçələrə axışdı və onun vəzifədən azad edilməsi haqqında əmrin ləğv edilməsini tələb etdi. 1986-cı il 17–18 dekabr tarixlərində meydana çıxan etiraz dalğası Qazaxıstanın 6 ayrı-ayrı şəhərini əhatə etdi. Bu, həm də qazax xalqının rus müstəmləkəçilik siyasətinə və assimilyasiya planlarına qarşı ilk böyük etiraz dalğası idi. Sovet imperiyası rəhbərliyi təkcə 1930–1933-cü illəri əhatə edən 3 illik zaman kəsimində 2 milyondan artıq qazaxı məhv etmişdi.
D. Kunayev 22 avqust 1993-cü ildə vəfat edib.
İstinadlar
Kateqoriya:Qazax dövlət xadimləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizədlər Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:Üçqat Sosialist Əməyi Qəhrəmanları