Keniçi Fukui (; ) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981).

Həyatı Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur.T. Yonezawa. A molecular orbital theory of reactivity in aromatic hydrocarbons. — 1952.

Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982–1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur.

1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur.

Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub. Benzol və naftalində karbon atomlarının sərhəd π-elektronlarının sıxlığını hesablayıb və göstərib ki, onların qiyməti və paylanması molekulun reaksiya qabiliyyətini müəyyən edir. 1954–1957-vi illərdə aralıq vəziyyətin formalaşması haqqında təsəvvürləri inkişaf etdirib.K. Fukui. Recognition of stereochemical paths by orbital interaction. — Accts Chem., 1971.

1960–1962-ci illərdə sərhəd orbitalları nəzəriyyəsini alifatik karbohidrogenlərin σ-elektronlarının sıxlığını, onların dissosiasiyası enerjisini, alifatik ionların və radikalların davamlılığının miqdarı xarakteristikasını hesablamaq üçün istifadə etmişdir. 1970-ci ildə çoxmərkəzli aktivləşdirilmiş komplekslərlə reaksiyalara tətbiqdə sərhəd molekulyar orbitallar nəzəriyyəsini inkişaf etdirmişdir.

1981-ci ildə "Kimyəvi reaksiyaların getməsi nəzəriyyəsini işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fukuini Yaponiyada təhsilin keyfiyyəti çox narahat edirdi.

Kimya üzrə Yaponiyada Nobel mükafatı lauretı olan Fukui belə növ məsələlərdə çox böyük məsuliyyət hiss edirdi. Fukui vəfat edərkən 1973-cü ildə fizika üzrə Nobel mükafatı almış Leo Esaki (hazırda Sukub universitetinin rektoru) demişdi: "Yaponiya yaxşı keyfiyyətli alim tədqiqatçılar yetişdirməlidir ki, onlar çoxlu Nobel mükafatları alsınlar və onda Fukuinin ruhu dünyada rahat olacaq" (Ashah Evenning News, January 10, 1998).

Keniçi Fukui 1983-cü ildən Yaponiya EA-nın üzvü idi.

Keniçi Fukui 9 yanvar 1998-ci ildə vəfat edib.

Biblioqrafiya

İstinadlar

Həmçinin bax Nobel mükafatı

Kateqoriya:Yaponiya kimyaçıları Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Yaponiyalı Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Yaponiya Elmlər Akademiyası Mükafatı laureatları Kateqoriya:Mədə xərçəngindən ölənlər