Şərqi Timorun Атлас мира. Государства и территории мира. Справочные сведения. — Роскартография, 2010. — С. 15. — ISBN 978-5-85120-295-7 dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. Dövlət quruluşu Şərqi Timor parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü iki dəfə (1975, 2002) - 28 noyabrda və 20 mayda qeyd olunur. Portuqaliya Konstitusiyasının modeli əsasında hazırlanmış Şərqi Timor Respublikasının Konstitusiyası 20 mart 2002-ci ildə qəbul edilmişdir. İnzibati bölgüsü Şərqi Timor 13 inzibati dairəyə (Ayleu, Aynaru, Baukau, Bobonaru, Vikeke, Dili, Kova-Lima, Layten, Likisa, Manatutu, Manufaxi, Okusi-Ambeno və Ermera) bölünür. thumbnail|Şərqi Timorun inzibati ərazi bölgüsü

Dövlət başçısı Ümumxalq səsverməsi yolu ilə və iki dəfədən artıq olmamaq şərti ilə 5 il müddətinə seçilən və əsasən mərasim funksiyalarını yerinə yetirən Prezidentdir.

Konstitusiyaya görə milli müstəqilliyin və dövlətin birliyinin rəmzi və təminatçısı sayılan dövlət başçısı Baş naziri təyin etmək, qanunlara veto qoymaq, Hökumətin formalaşmasında və illik dövlət büdcəsinin təsdiqində yaranmış ciddi böhran zamanı Parlamenti buraxmaq və yeni seçkilər təyin etmək, demokratik təsisatların normal fəaliyyətini təmin etmək və s. səlahiyyətlərə malikdir. Qanunverici hakimiyyət Şərqi Timorun ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçkilər əsasında partiya siyahıları üzrə 5 il müddətinə seçilən 65 yerlik Milli Parlamentdən ibarətdir.

Konstitusiyaya əsasən kifayət qədər geniş səlahiyyətlərə (qanunvericilik fəaliyyəti ilə yanaşı, Baş naziri və Hökumət üzvlərini seçmək, onlara etimadsızlıq göstərmək və s.) malik olan Milli Parlament qanunvericilik hakimiyyətini icra hakimiyyətindən müstəqil şəkildə həyata keçirir.

İcraedici hakimiyyət İcra hakimiyyəti Parlamentdə çoxluq təşkil edən partiyanın üzvlərindən formalaşmış Hökumət tərəfindən həyata keçirilir. İcraedici hakimiyyətin başçısı Milli Parlament tərəfindən seçilən və formal olaraq ölkə Prezidenti tərəfindən təyin olunan Baş nazirdir.

Nazirlər Şurası daxili və xarici siyasətin həyata keçirilməsinə görə ölkə Prezidenti və Milli Parlament qarşısında məsuliyyət daşıyır. Baş nazirin təqdimatında yeni formalaşmış Hökumətin fəaliyyət proqramı Milli Parlament tərəfindən təqdir və ya mütləq səs çoxluğu ilə rədd edilir. Mövcud Konstitusiyaya əsasən, ikinci hal (etimadsızlıq) təkrar baş verdikdə dövlət başçısı Nazirlər Şurasını tam heyətdə istefaya göndərə bilər.

Məhkəmə hakimiyyəti Üzvləri Ali Məhkəmə Şurası və bir üzvü Milli Parlament tərəfindən təyin olunan, eyni zamanda Konstitusiya nəzarəti orqanı və elektoral ədliyyənin ali orqanı sayılan Ali Məhkəmə, habelə ümumi yurisdiksiyalı məhkəmələr, birinci instansiya (inzibati, vergi, hesablama) inzibati məhkəmələri və hərbi məhkəmələr ölkədə məhkəmə hakimiyyətini həyata keçirilir. Xarici keçid Административно-территориальное деление Восточного Тимора по ISO. Адм.-терр. деление Восточного Тимора, географическое положение - Google map.

İstinadlar