Azərbaycan–Küveyt münasibətləri — Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi Azərbaycan ilə Küveyti dini və tarixi amillər birləşdirir.Küveyt - Azərbaycan münasibətləri . aliyevheritage.org

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabrın 7-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.Azərbaycan - Küveyt münasibətləri . mfa.gov.az, 18.09.2014 Küveyt bu təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycana iqtisadi və humanitar yardımın göstərilməsi ilə bağlı qərarların qəbul edilməsində Azərbaycan Respublikasını həmişə dəstəkləyir.Soltanova H.B., Məmmədov C.A.«Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, səh. 119

Fövqəladə və səlahiyyətli səfirlər İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.

Azərbaycan Respublikasının 1 oktyabr 2002-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Küveyt Dövlətində (Küveyt şəhərində) Səfirliyi təsis edilmişdirAzərbaycan Respublikasının Küveyt Dövlətində (Küveyt şəhərində) səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 1 oktyabr 2002-ci il tarixli, 367-IIQ nömrəli Qanunu. e-qanun.az

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.Ş. Ş. Abdullayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2004-cü il tarixli, 371 nömrəli Sərəncamı. e-qanun.az O, 24 iyun 2010-cu il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2010-cu il tarixli, 982 nömrəli Sərəncamı. e-qanun.az

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şaitdin Əliyev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Hüseynbala Mirələmov işçi qrupunun rəhbəridir.

İqtisadi əlaqələr Küveyt Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrin yaradılmasına və inkişafına maraq göstərir. Bu məqsədlə hələ 1992-ci ilin mart ayının 1-də Bakıya gəlmiş Küveytin maliyyə naziri Azərbaycana böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirmişdir. O, həm də qeyd etmişdir ki, Küveyt kapital qoyuluşundan əlavə Azərbaycana dünya standartları səviyyəsində mütərəqqi texnologiyalar da təklif edə bilər. Bundan sonra əməkdaşlığın başlanması üçün müvafiq infrastruktur, o cümlədən, avtomobil və hava nəqliyyatı, telefon rabitəsi yaratmaq məqsədilə tərəflər razılığa gəlmişlər. Həmin vaxt Küveyt tərəfinə təklif edilmişdir ki, Bakıda yeni beynəlxalq aeroportun tikintisini müəyyənləşdirmək imkanını nəzərdən keçirsin. Həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın digər məsələləri də müzakirə edilmişdir.

Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi2020255,82 76,81332,63 2021288,3581,82370,172022579,21174,47753,68

Rəsmi sənədlər Azərbaycan Respublikası hökuməti ilə Küveyt hökuməti arasında 18 sənəd imzalanmışdır.

Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah 9 fevral 2009-cu il tarixində "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir."Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 136 nömrəli Sərəncamı. e-qanun.az

İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları

Həmçinin bax Azərbaycanın Küveyt səfirliyi

İstinadlar

Xarici keçidlər Küveytdaki Azərbaycanin səfirliyi Rəsmi sayti Azərbaycandaki Küveytin səfirliyi Rəsmi sayti İkitərəfli münasibətlər Посол АР: Перспективы развития отношений между Азербайджаном и Кувейтом обширные и многообещающие İkitərəfli münasibətlər İkitərəfli münasibətlər