İsalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.

Qarabağ düzündədir. Kənd isalar nəslinə mənsub ailələr tərəfindən məskunlaşdığı üçün belə adlandırılmışdırAzərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Əfətli bələdiyyəsinin ərazisinə aid edilib.

İqtisadiyyatı Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.Ağdam rayonunun 10 cəbhəyanı kəndinə təbii qaz verilib

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Ağdamın Əfətli kənd inzibati ərazi dairəsi