Filipp Quston (tam adı:Phillip Goldstein; ; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam.
Həyat və yaradıcılığı Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır.
Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" () əsərini hazırlayır. 40-cı illərin sonları 50-ci illərin əvvəllərində rəssam abstrakt ekspressionizm stilinə keçir.
Mənbə Barbara Hess «Abstrakter Expressionismus», Köln 2005.
İstinadlar
Kateqoriya:ABŞ rəssamları Kateqoriya:Kanadada doğulanlar Kateqoriya:XX əsr ABŞ rəssamları