Val-de-Marna Müasir İncəsənət Muzeyi (fransız dilində:Musée d’Art Contemporain du Val-de-Marne) — Fransanın paytaxtı Paris şəhərindən bir qədər aralı, Val-de-Marn departamentinin Vitri-syur-Sen şəhərinin İstiqlaliyyət meydanında yerləşən müasir incəsənət muzeyi. Tarixi Val-de-Marna Müasir İncəsənət Muzeyi 2005-ci ildə təşkil olunmuşdur. Arxitektor Jak Riponun layihəsi əsasında yaradılmış muzeyin 13 000 m²-lik ərazini əhatə edir. Muzeydə 150 nəfərlik kinozal da fəaliyyət göstərir.
Muzeyin kolleksiyasına 1950-ci illərdə və bizim günlərədək fransız rəssamları və heykəltəraşları tərəfindən yaradılan mindən çox incəsənət əsəri daxildir. Muzeyin ziyarətçilərinin sayı 70 min nəfəri ötmüşdür . Xarici keçid rəsmi saytı Musée d'Art Contemporain du Val-de-Marne ParisInfo description Mənbə Paris, Petit Futé, 2007, page 132. ISBN 2-7469-1701-7.
İstinadları
Kateqoriya:Parisdəki incəsənət muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:2005-ci ildə yaradılmış muzeylər