Maqsud mirzə () — Ağqoyunlu sultanı Uzun Həsənin oğlu, Ağqoyunlu şahzadəsi.
Həyatı 1458-ci ildə dünyaya gəldi.John E. Woods. (1999). The Aqqoyunlu: Clan, Confederation, Empire. Salt Lake City: The University of Utah Press Atası Ağqoyunlu sultanı Uzun Həsən, anası isə Trabzon imperatoru IV İohann Komnenosun qızı Teodoradır. Yerli bəylərdən Xəlil bəy Tavaçı onun ilk lələsidir. 1469–1470-ci illərdə Bağdad üzərinə göndərildi və bölgəni yağmaladı. Qala əhalisinin də dəstəyilə hələ həddi-büluğa çatmadan 1470-ci ildə Bağdad valisi təyin olundu.Həsən Bəy Rumlu. (2017). Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). (Çev. Oqtay Əfəndiyev-Namiq Musalı)Ebu Bekr-i Tihrani. (2001). Kitab-ı Diyarbekriyye (Çev. Mürsel Öztürk). Ankara: Türk Tarih Kurumu Basımevi Həmin il lələsinin vəfat etməsiylə atasının əmisi oğlu Dana Xəlil bəy onun lələsi təyin edildi. 1471-ci ilin sentyabrında Təbrizə çağırıldı və mərasimlə sünnət edildi. Mərasimin ardından yenidən Bağdada qayıtdı.
Otluqbeli müharibəsindən sonra atasına qarşı üsyana başlayan qardaşı Uğurlu Məhəmmədlə Qəsri-şirində görüşdü və onu dəstəkləyəcəyinə söz verdi. Uzun Həsənin üsyankar oğlunu təqib etdiyi günlərdə yaranan siyasi boşluqdan istifadə edən Çaxırlı/Cakirli tayfası Təbrizi ələ keçirməyə cəhd etdi. Bu hücumun qarşısını almaqla vəzifələndirilən Maqsud mirzə min nəfər süvariylə şəhəri müdafiə etsə də, şəhər idarəsini ələ ala bilmədi. Üstəlik üsyankar qardaşı Uğurlu Məhəmmədi dəstəkləməsini də nəzərə alaraq 1474-cü ilin noyabrında Təbrizdə həbs olundu.Ambrozio Kontarini, "İrana səyahət", Viçentsa, 1486 Atasının ölümündən sonra mərkəzi hakimiyyəti ələ alan böyük qardaşı Sultan Xəlil tərəfindən 1478-ci ilin yanvarında vaxtilə Uğurlu Məhəmmədi dəstəkləməsi bəhanə göstərilərək edam olundu.Örs, D. (1999). Fazlullâh b. Rûzbihan-i Huncî ve Târih-i Âlem-arâyi Eminî’si. Yayınlanmamış doktora tezi. Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü, Ankara
Təbrizdə öz adını daşıyan bir məscid inşa etdirmişdir.
Ailəsi Lələsi və uzaq qohumu olan Dana Xəlil bəyin qızı Şah Xatunla evlənən Maqsud mirzənin bilinən yeganə övladı isə Rüstəm mirzədir.
Mənbə
Ədəbiyyat Karakoyunlu ve Akkoyunlu Devletlerinde Hanedan Üyelerinin katli, Eda Geyik. Yüksek Lisans Tezi. TC Kastamonu Üniversitesi. Kastamonu-2021
İstinadlar
Kateqoriya:Ağqoyunlular Kateqoriya:Bayandurlar