David Baqrationi (), yaxud Regent David (; ) — Kartli-Kaxetiyanın regenti. XII Georginin böyük oğlu.

Həyatı 1767-ci ildə Tiflisdə doğulan David Kartli-Kaxetiya çarı XII Georginin böyük oğludur. Rusiyada böyüyüb təhsil almış, 1799-cu ildə vəliəhd elan olunmuşdu. Atasının ölümündən sonra regent olmuş, lakin 1801-ci ildə I Pavelin Kartli-Kaxetiyanı ilhaq etməsi ilə onun taxt-tacı ələ almasının qarşısı alınmışdı.Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation: 2nd edition, p. 357. Indiana University Press, ISBN 0-253-20915-3 Fransa maarifçiliyi ideyalarından təsirlənən David, Volteri gürcü dilinə tərcümə etmişdir.

XII David 13 may 1819-cu ildə Sankt-Peterburqda vəfat etmiş və Aleksandr Nevski monastırında dəfn olunmuşdur.

İstinadlar

Kateqoriya:Baqrationlar Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Rusiya İmperator Ordusunun generalları