Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; ) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi.

Həyatı Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır.

2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir.

2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.

Çox sayda publisistik məqalənin, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir.

Rus və türk dillərini bilir.

Evlidir. İki oğlu var.

Kitabları Panoptikum (şeirlər və hekayələr) Y.Polyakov. Süddə çəpiş. L.Anninski. Ceviz ləpəsi. S.Kinq. Ölü zona. V.Jirmunski. Xalq qəhrəmanlıq eposu

İstinadlar

Xarici keçidlər Etimad Başkeçid: "Bunların yiyəsi yoxdumu?" (müsahibə) Qırxayaq hər addımını düşünsəydi... - Etimad Başkeçid yazır Etimad Başkeçid: Portret eskizləri Etimad Başkeçid - Necə ki, insan ətiylə qidalanır ümidlər (şeirləri) Etimad Başkeçid. "Min yol mənə söylər" (roman) (pdf)

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları