İoann Sənəkərim — Arranşahlar sülaləsindən son Şəki knyazı. Hakimiyyəti haqqında çox məlumat yoxdur. Onun dövründə keçmiş Qafqaz Albaniyasının şimal-qərb torpaqları hesabına Heretinin ərazisi bir qədər də genişlənmişdi. Varissiz ölmüşdür və bundan istifadə edən Kaxetiya çarı II Kvirike onun torpaqlarını işğal edərək öz mülklərinə birləşdirmişdi. Kateqoriya:Parisos knyazları