Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (13 aprel 1909 – 12 sentyabr 1960)İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. Bakı, 2017. s.234 — Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı thumb|left|Süleyman Tağızadənin Bakıda yaşadığı ev Süleyman Tağızadə 13 aprel 1909-ci ildə Gəncə şəhərinin Çayqıraxlı məhəlləsində anadan olmuşdur. 1928–1931-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxuyub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrın tamaşalarında çıxış edib. 1929-cu ildə bu kollektivin əvvəlcə yardım qrupuna, iki il sonra əsas heyətinə götürülüb.

Ailəsi Süleyman Tağızadənin İsmayıl adlı oğlu, Afaq adlı qızı var.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943

Filmoqrafiya O olmasın, bu olsun (film, 1956) Mahnı belə yaranır (film, 1957) Kölgələr sürünür (film, 1958)

İstinadlar

Həmçinin bax Afaq Məlikova

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri