"Baskervillərin iti" () — rejissor Terens Fişerin 1959-cu ildə Artur Konan Doylun eyniadlı əsəri əsasında lentə aldığı Böyük Britaniya istehsalı olan film.

Məzmun

İngiltərə, XIX əsrin sonları. Baskervillər nəslinin üzərində qədim bir lənət hökmranlıq edir. Bütün bunlar ser Hüqo Baskervilin onun birlikdə olmaqdan imtina etmiş qızı bıçaqladığı andan etibarən başlamışdı. Hələ də bataqlıq ərazisində nəhəng və dəhşətli bir itin mövcudluğu barədə kabus dolaşır. Ser Çarlz Baskervil ölmüş vəziyyətdə tapıldıqdan sonra, ser Henri Baskervil bu nəslin yeganə varisi olaraq qalmışdır. O, hər dəqiqə öz həyatının təhlükədə olduğunu hiss etdiyi bir vaxtda tanınmış xəfiyyə Şerlok Holms malikanəyə təşrif gətirir. Xəfiyyə cinayətkarın bataqlıqda yaşadığından duyuq düşür və həmin qatil Steplton soyadlı biridir...

Film haqqında

Film Artur Konan Doylun eyniadlı romanı əsasında çəkilmişdir. Filmin ssenarisi roman əsasında yazılsa da, üzərində xeyli dəyişikliklər aparılmış, hadisələr və obrazlar müəyyən qədər dəyişdirilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Artur Konan Doyl Ssenari müəllifi : Piter Brayan Rejissor : Terens Fişer Operator : Cek Eşer Rəssam : Bernard Robinson Bəstəkar : Ceyms Bernard İcraçı prodüser : Maykl Karreras Prodüserlər : Entoni Hinds, Entoni Nelson Kiz Rejissor assistenti : Con Peveroll Montaj edən : Alfred Koks

Rollarda

Aktyor Rol Piter Kuşinq Şerlok Holms Andre Morell doktor Vatson Kristofer Li ser Henri Baskervil Marla Lendi Sesil Steplton Devid Oksli ser Hüqo Baskervil Frensis de Vulf doktor Riçard Mortimer Maylz Malleson keşiş Frenklend Con Le Mezyurye cənab Berrimor İven Solon cənab Steplton Helen Qoss xanım Berrimor Sem Kidd Perkins Maykl Houkins Kephill Cudi Moyens qulluqçu qız Maykl Malkaster dustaq Devid Birks qulluqçu

Mənbə

İstinadlar

Xarici keçidlər

Baskervillərin iti: Konan Doyl və Terens Fişer üz-üzə

Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Birləşmiş Krallığın qorxu filmləri Kateqoriya:Detektiv filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:Şerlok Holms filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Terens Fişerin filmləri Kateqoriya:1959-cu ilin filmləri Kateqoriya:1959-cu ilin dram filmləri Kateqoriya:İtlər haqqında filmlər Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:İngilis dilində müəmma filmləri Kateqoriya:1959-cu ilin qorxu filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər