Xıdırlı — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsində kənd, Xıdırlı kənd inzibati ərazi dairəsinin mərkəzi.

Coğrafiyası Kənd rayonun mərkəzindən — Ağdam şəhərindən 3 km şimal-qərbdə, Qarabağ silsiləsinin ətəyində yerləşir.

Tarixi 1993-cü ilin iyun ayında Ağdam üzərinə hücuma keçən Ermənistan ordusunun bölmələri Xıdırlı kəndini işğal etsə də, iyulun 5-də Azərbaycan ordusu əks-hücuma keçərək kəndi işğaldan azad edib. Ermənilər kəndi işğal edərkən ruhi xəstəxanada müalicə alan 18 nəfəri qətlə yetirərək cəsədlərini də yandırmışdılar. Sonradan kənd 1993-cü il iyulun 22-də Ermənistan Ordusu tərəfindən yenidən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır.

2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kəndin təməli qoyulub.

2024-cü ilin aprelin 25-ndə Prezident İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Xıdırlı kənd tam orta məktəbinin təməlini qoyulmuşdu.

2024-cü il sentyabrın 19-da İlham Əliyev kənddə görülən bərpa işləri ilə tanış olub.

2025-ci ilin iyulun 3-ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışı baş tutmuşdu. Həmin gün, təməli əvvəlki ilin aprel ayında onların iştirakı ilə qoyulmuş, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbin açılışı da Azərbaycanın və Qırğızıstanın dövlət başçıları tərəfindən baş tutdu.

Əhalisi Arxiv sənədlərində Xıdırlı kəndində Ağdamın qədim məscidlərindən biri yerləşirdi. Sünnü məzhəbinə aid idi.

Kənddə 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb.

Tanınmışları thumb|Səlimə Rüstəmova Səlimə Rüstəmova — maarif xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı. Raqub Məmmədov — Ağdam Rayon icra hakimiyyətinin başçısı

İstinadlar

Kateqoriya:Ağdam rayonunun kəndləri