Aleks Makın gizli dünyası (Orijinal adı: The Secret World of Alex Mack) — 8 oktyabr 1994-cü ildən 15 yanvar 1998-ci ilə kimi Nickelodeon kanalında nümayiş olunmuş ABŞ uşaq teleserialı. Teleserial Azərbaycanda Lider TV-də Aleks Makın sirli aləmi adı ilə yayımlanmışdır.
Məzmun
Aleks Mak Cənnət Vadisi () adlı şəhərciydə böyük bacısı və valideynləri ilə yaşayan 13 yaşlı adi qızdır. Yeni məktəbdə birinci gündən sonra evə qayıdarkən Aleksi az qala GC-161 adlı yüksək dərəcədə məxfi kimyəvi preparat daşıyan yük maşını vuracaqdı. Bu zaman həmin kimyəvi maddələrin bir hissəsi Aleksin üstünə tökülür, nəticədə o, qeyri-adi qabiliyyətlər qazanır. İndi o, heç bir əlaqə olmadan uzaqdan-uzağa əşyalara təsir göstərir, barmaqları ilə elektrikli atəş açır, mayeyə çevrilir və hirsləndiyi zaman qızmağa başlayır. Bu barədə yalnız onun bacısı Enn və ən yaxşı dostu Rey bilir. Bu arada kimyəvi zavodun alimləri Aleksi oğurlayıb və öz eksperimentlərində istifadə etmək üçün onu tutmağa çalışırlar.
Rollarda Larisa Oleynik — Aleks "Aleksandra" Mak Lav Derris — Rey "Reymond" Alvarado Meredit Bişop — Enn "Enni" Mak Maykl Blekli — Corc Mak Dorian Lapinto — Barbara Mak
Mövsümlər
İstinadlar
Xarici keçidlər
Aleks Makın gizli dünyası TV.com saytında
Kateqoriya:ABŞ teleserialları Kateqoriya:1994-cü ilin teleserialları Kateqoriya:1990-cı illərin ABŞ komediya-dram teleserialları Kateqoriya:ABŞ-nin fentezi dram teleserialları Kateqoriya:Ailələr haqqında teleseriallar Kateqoriya:Nickelodeon orijinal proqramları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Uşaq teleserialları Kateqoriya:ABŞ-nin fantastika filmləri