Yapon dovşanıСоколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 205. — 10 000 экз. () — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı.
Görünüşü Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünürJoseph A. Chapman, John E. C. Flux (Hrsg.): Rabbits, Hares and Pikas. Status Survey and Conservation Action Plan. International Union for Conservation of Nature and Natural Resources (IUCN), Gland 1990; S. 69-. ISBN 2-8317-0019-1..
Yayılması Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci, Hokkayda adasında rast gəlinmir.
Yapon dovşanları meşələrin açıq sahələrində geniş yayılmışlar. Onlara istər düzən istərsə subalp regionlarında (hündürlüyü 2700 m) yayıla bilirlər.
Həyat tərzi Yapon dovşanı gecələr aktiv olur, güdüzlər isə dincəlir. Yayda qidasının 48 % otlar təşkil etsə də, tarla bitkiləri onun qida rasionunda üstün yer tutur. Qış ayları yarpaqlar və cavan ağacların gövdə hissələrinin qabığı ilə qidalanırlar. Bitkilərdən Yapon şamı (Cryptomeria japonica), Yapon ağcaqayını (Acer japonicum), Pavlovniya, Eleuterokokk, Paxlakimilər və Araliya kimilər üstünlük təşkil edir.
Çoxalması Çütləşmə dönəmi fevraldan iyul ayına qədər davam edir. Dişilər apreldən avqusta qədər il ərzində 3–5 dəfə balalayır. Birdə dördə qədər bala verə bilir. Balalar 130 q çəkiyə malik olur. Dişilər yetkinlik yaşına 10 ayında çatır.
Yarımnövləri Dörd yarımnöv qeydə alınmışdır: Lepus brachyurus brachyurus — Honşu, Kyuşü, Şikoku adalarının cənub-şərq əraziləri Lepus brachyurus angustidens — Honşu adasının şimal-qərbi Lepus brachyurus lyoni — Sado adasında Lepus brachyurus okiensis — Oki adalarında
İstinadlar
Ədəbiyyat Joseph A. Chapman, John E. C. Flux (Hrsg.): Rabbits, Hares and Pikas. Status Survey and Conservation Action Plan. International Union for Conservation of Nature and Natural Resources (IUCN), Gland 1990; S. 69–70. ISBN 2-8317-0019-1.
Kateqoriya:Asiya məməliləri Kateqoriya:Yaponiya endemikləri Kateqoriya:1845-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər