Sado国立天文台(編) 平成19年 理科年表 p.565 ISBN 4621077635。 () — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir.
Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür.
Coğrafiya 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır.
Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir. Kiçik Sado təpəlikləri özündə birləşdirərək adanın cənub-şərqində yerləşir. Kuninaka regionu isə düzənlik ərazidən ibarət olub iki regionun arasında yerləşir.
Böyük Sadonun dağları kifayət qədər yüksəkdir. Burada ən hündür zirvəsi Kimpoku () dağı 1172 metr təşkil edir. Bu ərazi Sado-Yahiko-Ene parkının böyük hissəsini təşkil edir.
Kiçik Sado ərazisində yerləşən təpələr alçaqdır. Ən hündür nöqtəsi 645 m olan Dayti dağıdır. Regionun cənubu həmçinin parkın ərazisinə daxildir.
Kuninaka düzənlik olub kifayət qədər ərazini əhatə edir. Buradan çoxlu sayda çaylar axır. Çaylar axaraq körfəzə tökülür. Şərq hissədə elə də böyük olmayan Kamo gölü yerləşir. Adanın ən böyük çayı Kokufudur.
Tarixi thumb|250px|left Tarixən ada siyasi dustaqların saxlandığı ərazi rolunu oynamışdır. VIII əsrdən adada Sado vilayəti təşkil edilmişdir.XVI əsrdən adadan qızıl çıxarılır. Edo dövründə (1603—1867) Sado sequnatın mütləq hakimiyyəti altında idi. 1 mart 2004 ildə adanın bütün yaşayış məntəqələri Sado şəhərində birləşdirilmişdir.
İstinadlar
Mənbə Официальный сайт города Садо Vojagxrakonto pri Sado Kodo-muzikgrupo
Kateqoriya:Niiqata prefekturasının adaları Kateqoriya:Yapon dənizi adaları