İsamu Ço (; ) — yapon hərbi xadimi və nasionalisti. Okinava döyüşünün ardından amerikalılara əsir düşməmək üçün intihar etmişdir.

Bioqrafiyası 19 yanvar 1895-ci ildə Fukuoka prefekturasında anadan olmuşdur. 1916-cı ildə İmperiya hərbi akademiyasını, 1928-ci ildə isə Ali hərbi akademiyanı bitirir.

1930-cu ildə kapitan Ço və Kinqoro Hasimoto birlikdə ultramillətçi Sakurakay təşkilatını yaradırlarSpencer C. Tucker. Who's Who in Twentieth-Century Warfare. — Лондон: Routledge, 2001. — С. 132. — 371 с. — ISBN 0415234972.. Təşkilatın hədəfi imperatorun mütləq hakimiyyətini təmin etməkdən ibarət olmuşdur. 1931-ci ilin mart-oktyabr aylarında uğursuz hərbi qiyamlarda iştirak etmişdirGeorge Feifer. Japanese Leadership // The Battle of Okinawa: The Blood and the Bomb. — Globe Pequot, 2001. — С. 75–77. — 520 с. — ISBN 1585742155.. Həbs olunsa da, həbsxanaya atılmamış və Mancuriyaya göndərilmişdir.

1937-ci ildə yaponların Çində yerləşən ekspedisiya korpus qərargahında məsul vəzifədə çalışır. Nankin döyüşündə şahzadə Asaka Yasuxikonun adyutantı olmuşdur. Bir çox tarixçilərin fikrincə Nankin döyüşündə götürülən çinli hərbi əsirlərin öldürülməsi əmrini o vermişdir. Bunu isbat edən sənədlər tapılmamışdırJoshua A. Fogel. The Challenges of the Nanjing Massacre // The Nanjing Massacre in History and Historiography. — University of California Press, 2000. — С. 141. — 248 с. — ISBN 0520220072..

1938-ci ildə Ço Çində yerləşən 74-cü piyada alayına rəhbərlik etmişdir. 1939-cu ildə 26-cı diviziyaya və Sovet sərhədində imperatorun əmrlərini həyata keçirmək vəzifəsini yerinə yetirirdi. 1940-cı ildən isə Tayvana göndərilir. 1940–1941-ci illərdə Hind-Çin yarımadasında qərargah rəisi işləmişdir. 1941-ci ildə isə Tokioda Hərbi nazirlikdə xidmət etmişdir. 1941–1942-ci illərdə yenidən Hind-Çinə göndərilir.

1942–1944-cü illərdə piyada briqadasının 10-cu diviziyasına rəhbərlik etmişdir. 1945-ci ildə general-leytenant rütbəsi alır. Bundan sonra, Kvantun ordusu qərargahına göndərilir.

1945-ci ildə Ço 32-ci ordunun qərargah rəisi təyin edilir. Okinava döyüşü zamanı hücum taktikasının tərəfdarı olmuşdur. O, general-leytenant Misuru Usidzimanı 4 may tarixində hücuma keçməyə inandıra bilmişdir. Hücum uğursuzluqla nəticələnir. 23 iyun 1945-ci ildə müqavimətin mənasızlığını anlayaraq düşmənin əlinə keçməmək üçün seppuku etmişdir.

Xarakteri Ço hər zaman qadın və spirtli içki düşkünü olması ilə seçilirdi. O, bununla belə, buddizmə sadiqliyi ilə tanınırdı.

İstinadlar

Mənbə Cho Isamu The Pacific War Online Encyclopedia saytında

Kateqoriya:Yaponiya sərkərdələri Kateqoriya:Fukuoka prefekturasında doğulanlar Kateqoriya:Seppuku ilə intihar edənlər Kateqoriya:Yaponiya milliyyətçiləri