Niicima () — İzu adalarıLouis-Frédéric. (2005). "Izu Shotō," Japan Encyclopedia, p. 412. daxil olan vulkanik adasıdır. Tokiodan 163 km cənubda yerləşir. İnzibati cəhətdən Tokio prefekturasına daxildir. Adanın mərkəzi Niicima kəndidir. Adanın yaponca adı «yeni ada» mənasını bildirir.

Coğrafiyası thumb|left|200px|Kosmosdan çəkiliş Adanın sahəsi 23,87 km², əhalisi 2700 nəfər təşkil edir. Ada Fuci Hakone İcu milli parkının tərkib hissəsini təşkil edir. Adada iki icma yerləşir: Honson (mərkəzdə), Hakaqo (şimal qutaracağında).

Niicimanın ən böyük zirvəsi Miyasuka dağıdır (432 m).

Seysmik cəhətdən aktiv bölgədə yerləşir. ABŞ geologiya xidmətinin məlumatına görə il ərzində ada ətrafında gücü 5 bal və yuxarı olan 10-dan çox zəlzələ olur. İqtisadiyyat Adanın əsas gəlir mənbəyi balıqçılıq, liparit hasilatı və turizmdir. Burada bir necə kiçik təsərrüfatı vardır. Adada 1 orta, 1 ibtidai və 1 məktəbə hazırlıq təhsil oçağı vardır. Limarit dünyada yalnız iki yerdə rast gəlinir. Bu daşın aşkarlandığı ikinci məkan İtaliyanın Lipari adasıdır.

Nəqliyyat Qayıqla Tokiodan Niicima adasına 2 saat 20 dəqiqəyə çatmaq olar. Üstəlik adaya bərə fəaliyyət göstərir. Əlverişli havalarda Tefu aeroportundan Tokioya təyyarə fəaliyyət göstərir. Uçuş cəmi 45 dəqiqə davam edir.

Turizm Adanın əsas görməli yerlərindən biri onun qərbində yerləşən Maexama çimərliyidir. Habusi çilırliyi isə milli qoruma altındadır. Buranın əsrarəngiz ağ qumlardan ibarətdir. Bu çimərliyin uzunluğu 6,5 km təşkil edir.

Yunoxama-Onsen böyük hovuz olub yunan memarlığı əsasında inşa edilmişdir. Bu vanna ümumilikdə 100 nəfəri qəbul edə bilir. Suyu bir başa okeandan götürülür.

Tyey-ci məbədində buddizm məktəbi fəaliyyət göstərir. Məbəd yaxınlığında qəbiristanlıq yerləşir.

Niijima Glass Art Center — hər il payızda keçirilən festivalın əsas mərkəzidir.http://niijima.jp/mt/archives/2011/03/post_326.html . retrieved on 19-05-2014The second record of houling-out by a elephant seal and another sighting of a right whales occurred in almost exactly the same area of Tateyama, Chiba. Adanın ərazisində yerləşən Ebine parkında orxideya bitkisi ilə geniş ərazidə əkilmişdir. Burada boulinq zalları və teniz kortları vardır. Adada ictimai hamam fəaliyyət göstərir.

Qalereya

İstinadlar

Mənbə Niicima kəndi Niijima Niijima-mura Museum Metropolis, Travel, Niijima Tokyo Niijima Island Sports Series Tokai Kisen Ferry

Kateqoriya:Tokio adaları Kateqoriya:İzu adaları Kateqoriya:Aktiv vulkanlar