Toni Şey (; d. 12 dekabr 1973Cf. Delivering Happiness book by Hsieh. "The first official party of 810 would be on Saturday, December 11, 1999. At midnight, I would turn twenty-six.") — Amerikalı milyarder. "Zappos" korporasiyasının banisi.Dünyanın ən sadə, ən qəribə milyarderi . milli.az, 20.07.2015

Toni Şey banisi olduğu "Zappos" korporasiyasını 1,2 milyard dollara "Amazon.com"a satmışdır.

Toni Şey hazırda ABŞ-nin Las-Veqas şəhərindəki "Airstream Village" treylerlər parkında "Llamapolis" adlı avtokaravanda yaşayır. O, 2014-cü ildə Nyu-Yorkdakı elitar çoxmərtəbəli yaşayış kompleksinin 23-cü mərtəbəsindəki lüks mənzilini tərk etmiş və həmin vaxtdan bəri treylerdə yaşamağa başlamışdır. Milyarder 2013-cü ildə buraxılmış treyleri cəmisi 48 min dollara alıb.

Toni Şey treylerində "Marli" adlı alpakası ilə birlikdə yaşayır. Treylerdə iki televizor, internet də var. Toni Şey deyir:

"Pul mənimçün həyatda ən önəmli nəsnə deyil. Şirkətimi sataraq əldə etdiyim vəsaiti yeni layihələrə yatırmışam. Əminəm ki, bu layihələr vasitəsilə milyardlarla dollar dəyərində yeni şirkətlər yaradacağam."

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Amazon (şirkət) Kateqoriya:ABŞ iş adamları