Qay Stüart Ritçi, (; ) – britaniyalı kinorejissor, ssenarist və prodüser. Daha çox "Kart, pullar və iki lülə" filmi ilə məşhurdur. 2002-ci ildə Ələ keçirilmişlər filminə görə ən pis rejissor nominasiyası üzrə "Qızıl moruq" mükafatına layiq görülmüşdür.
Həyatı Baxmayaraq Ritçi özündə pis rayondan olan sadə oğlan obrazını görür, reallıqda heç də hər şey belə deyil. Ömrünün böyük əksəriyyətni valideynləri boşandıqdan sonra ögey atası ser Maykl Litonun on yeddinci əsrə məxsus malikanəsində keçirmişdir.
Disleksiyadan əziyyət çəkən Ritçiyə vaxtını məktəbdə keçirmək dözülməz gəlirdi. O orta təhsili təsdiqləyən GCSE sertifikatını əldə etmək üçün ciddi cəhdlər göstərməli olur. "Buç Kessidi və Sandens Kid" filmini izlədikdən sonra Qay özü-özlüyündə gələcəyinin film istehsalı ilə bağlı olacağına dair qəti qərara gəlir. Lakin o heç də kinoməktəblərinə baş çəkmək haqqında düşünmür. O belə hesab edir ki, diplomlu mütəxəssilərin işləri darıxdırıcı və baxılan olmur.
Karyerasına başlanğıc Qay Ritçi "Kart, pullar və iki lülə" (Lock, Stock and Two Smoking Barrels) adlı debüt filmindən sonra Britaniyada ən çox müzakirə edilən rejisora çevrilir. Bu kriminal komediyadakı hadisələr Londonun İst-End hissəsində baş verir. Filmin süjeti isə Kventin Tarantininun və Con Vunun filmlərini xatırladır.
Şəxsi həyatı Ritçi pop-şahzadə Madonnanın həyat yoldaşıdır. Cütlüyn 2000-ci ilin 11 avqustunda Los-Andcelsdə dünyaya gəlmiş Rokko adına oğulları var. "Rokko ilə nə qədər çox vaxt keçirirəmsə, məndə uşaqlar haqqıdna də filmlər yaratmaq marağı daha da artır" deyə Ritçi intervyularının birində bildirmişdir.
Filmləri
Rejissor, Ssenarist Statik (Static) 2008 Roknrolla (RocknRolla) 2008 Şübhəli (Suspect) 2007 Tapança (Revolver) 2005 Ələ keçirilmişlər (Swept away) 2002. Ulduz (The Hire:Star) 2001 Oğurluq (Snatch) 2000 "Kartlar, zərlər və iki kvadrat kilometr" və ya "Financial Force komandasının sayılmayan cavabı" (Lock, Stock and Two Barrels) 1998 Çətin iş (The Har Case)
Prodüser Roknrolla Şübhəli Sızıltı (Mean machine) 2001
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ssenaristlər Kateqoriya:Prodüserlər Kateqoriya:1968-ci ildə doğulanlar Kateqoriya:Britaniya rejissorları Kateqoriya:Birləşmiş Krallıqda doğulanlar Kateqoriya:Edqar Allan Po mükafatı qalibləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Böyük Britaniya kinoprodüserləri