Sərhədsiz həkimlər (fr. Médecins sans frontières) — silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində zərər görmüş şəxslərə tibbi yardım göstərilməsi məqsədi daşıyan beynəlxalq qeyri-hökumət təşkilatı.
Təşkilat 20 dekabr 1971-ci ildə Parisdə Nigeriyada 1967–1970-ci illərdə baş verən vətəndaş müharibəsi qurbanlarına yardım məqsədilə yaradılıb.
Təşkilat hər il 3000-dən çox könüllünü dünyanın 80-dən artıq ölkəsinə, o cümlədən, silahlı münaqişələr zonalarına da göndərir. Könüllülər bir çox qaynar nöqtələrdə işləyirlər. Eyni zamanda, "Sərhədsiz həkimlər" narkomaniya və AİDS-lə mübarizəylə bağlı maarifləndirici və profilaktik işlər də görürlər.
Həkimlərin maliyyələşdirilməsi şəxsi ianələrin hesabına həyata keçirilir. Maliyyə vəsaitlərinin təxminən 80 %-ni təşkilat iki milyon fərdi donordan əldə edir.
Beynəlxalq mükafatlar Nansen mükafatı (1993) Nobel sülh mükafatı (1999)
Xarici keçidlər Rəsmi sayt (англ.)
İstinadlar
Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Nobel sülh mükafatı qazanan təşkilatlar Kateqoriya:1971-ci ildə yaranan siyasi təşkilatlar Kateqoriya:Beynəlxalq inkişaf Kateqoriya:Beynəlxalq qeyri-hökumət təşkilatları Kateqoriya:Cenevrədə yerləşən təşkilatlar Kateqoriya:İnsan hüquqları təşkilatları Kateqoriya:Müharibədən sonra Kateqoriya:Qeyri-kommersiya təşkilatları Kateqoriya:Rifah və xidmət təşkilatları Kateqoriya:Tibb təşkilatları