Betmen Supermenə qarşı: Ədalətin şəfəqi () — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmi. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Akvamen, Sayborq və Fleş obrazlarıda daxil edilmişdir.
Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı. Əsas çəkilişlər 2014-cü ildə Miçiqanda baş tutdu və son əlavə çəkilişlər isə İllinoysda həyata keçirildi. 2014-cü ilin dekabr ayında çəkilişlər tamamlandı. Filmin 2D, 3D, və IMAX 3D formatlarda 25 mart 2016-cı ildə Birləşmiş Ştatlarda nümayiş olunacağı bildirildi. Qısa məzmun Polad Adam hadisələrindən sonra, özünü Qotem Şəhəri-nin qoruyucusu elan edən Betmen, Metropolisə gələrək burada Supermenə qarşı mübarizə apardığı bir vaxt, bəşəriyyət başqa təhlükəli hadisələrə məruz qalır.
Rollarda Ben Afflek — Brüs Uayn / Betmen / milyarder sosialist; xüsusi geyimdə özünü Qotam Şəhəri-nin müdafiəsinə həsr edir. Henri Kavill — Klerk Kent / Supermen / Kriptonlu sağ qalmış şəxs, Daily Planet dərgisində jurnalist; Supermen adı ilə dünyada yadellilərə qarşı döyüşür. Emi Adams — Lois Leyn / Daily Planet dərgisində jurnalist. Supermenə qarşı sevgi və maraq hissləri var. Cessi Ayzenberq — Leks Lutor / Supermeni məğlub etməyə çalışan gənc biznesmen. Diana Leyn — Marta Kent / Supermenin ögey (övladlığa götürmüş) anası. Laurens Fişbörn — Perri Vayt / Daily Planet-də baş redaktor. Ceremi Ayrons — Alfred Penniuort / Brus Uaynın uşaqlıq və ən yaxın dostu. Holli Hanter — Finç / ABŞ-nin senatoru. Qal Qadot — Diana Prins / Möhtəşəm Qadın; 5.000 yaşlı Amazon şahzadəsi Zeusun demiqod qızı.
İstinadlar
Xarici keçidlər Filmin rəsmi vebsaytı
Kateqoriya:Fantastika filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:Warner Bros. Kateqoriya:Dram filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:DC Genişləndirilmiş Kainatı filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:Akvamen filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Vaşinqton şəhəri haqqında filmlər Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Uydurma ölkələr haqqında filmlər Kateqoriya:Hans Zimmerin film musiqiləri Kateqoriya:Qızıl Moruq Mükafatı qazanan filmlər Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:Krossover filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Çikaqoda çəkilən filmlər Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:Rebut filmlər Kateqoriya:Dune Entertainment filmləri Kateqoriya:Afrika haqqında filmlər Kateqoriya:Devid Qoyerin ssenari müəllifi olduğu filmlər Kateqoriya:Superqəhrəman krossover filmləri Kateqoriya:2010-cu illərin superqəhrəman filmləri Kateqoriya:Debora Snayderin prodüseri olduğu filmlər Kateqoriya:2015-ci il haqqında filmlər Kateqoriya:2013-cü il haqqında filmlər Kateqoriya:Cruel and Unusual Films Kateqoriya:Genetik mühəndisliyi haqqında filmlər Kateqoriya:Rejissor Zak Snayderin filmləri Kateqoriya:Supermen filmləri Kateqoriya:2016-cı ilin döyüş filmləri Kateqoriya:Atlas Entertainment filmləri