thumb|260px|alt=Blackness of space with black marked as center of donut of orange and red gases|İlk dəfə 10 aprel 2019-cu ildə yayımlanan Hadisə Üfüqü Teleskopu vasitəsilə çəkilmiş çox nəhəng elliptik qalaktika Messier 87-nin mərkəzində yerləşən təxminən 7 milyard Günəş kütləsinə sahib ifrat kütləli qara dəliyin şəkli.
thumb|300px|Simulyativ olaraq qara dəliyin yaratdığı qravitasiya bükülməsinin ətrafdakı qalaktikanın görüntüsünü bükməsi thumb|right|250px|Hadisə üfüqü sadəcə 75 kilometr genişliyində olmasına baxmayaraq 10 günəş kütləsinə sahib dönməyən bir qara dəliyin 600 kilometr uzaqlıqdan simulyativ görünüşü. Bu kütlədə bir qara dəliyin bu uzaqlıqda yaratdığı təcil Yer səthindəkinin təxminən 400 milyon qatıdır. thumb|300px|Eynşteyn halqası (işığın deformasiyası): Qara dəliyin arxasında yerləşən ulduzdan çıxan işıq şüası bizə qara dəliyin qravitasiya təsiriylə ikiyə bölünərək çatır. Bu səbəbdən o ulduzu cüt görürük. Qara dəlik və ya bir başqa qalaktika kimi cazibə mənbələrinə görə işıq şüalarına edilən bu cür qravitasiya müdaxiləsinə və zahiri nəticələrə qravitasiya lensi təsiri deyilir. Qara dəlik (arxiv dən onlayn oxu) — zərrəciklər və işıq kimi elektromaqnit dalğaların içindən qaça bilmədiyi güclü qravitasiyaya sahib fəza-zamanın bir nahiyəsi. Wald 1984, pp. 299–300 Ümumi nisbilik nəzəriyyəsinə görə, kifayət qədər kompakt kütlə fəza-zamanı deformasiya edərək bir qara dəlik formalaşdıra bilər. Heç bir obyektin qaçışının mümkün olmadığı bölgənin sərhədinə hadisə üfüqü deyilir. Hadisə üfüqü onu keçən obyektin vəziyyətinə böyük ölçüdə təsir göstərməsinə baxmayaraq, lokal olaraq aşkar edilə bilən xüsusiyyətlər müşahidə edilmir. Bir çox cəhətdən, qara dəlik işığı əks etdirmədiyi üçün ideal qara cisim kimidir. Üstəlik, əyri fəza-zamanda kvant sahə nəzəriyyəsi proqnoz edir ki, qara dəlik kütləsi ilə tərs mütənasüb şəkildə, qara cismin şüalandırdığı istilik ilə eyni spektrumda Hokinq radiasiyası yayır. Bu temperatur ulduz qara dəlikləridə milyardlarla kelvinə bərabər olduğuna görə onların müşahidə edilməsini imkansızlaşdırır.
Qravitasiya sahəsi işığın qaça bilməyəcəyi qədər güclü olan cisimlər ilk dəfə 18-ci əsrdə Con Mixel və Pyer Simon Laplas tərfindən nəzərə alındı. Qara dəliyi xarakterizə edən ümumi nisbiliyin ilk müasir həlli 1916-cı ildə Karl Şvartsşild tərəfindən tapılmışdır, ancaq heç bir şeyin qaça bilməyəcəyi fəza bölgəsi olaraq şərhi ilk dəfə Devid Finkelştein tərəfindən 1958-ci ildə nəşr edildi. Qara dəliklər çoxdan bəri riyazi maraq hesab olunurdu; 1960-cı illərdə nəzəri tədqiqatlar ümumi nisbiliyin ümumi proqnozu olduğunu göstərdi. 1967-ci ildə Coselin Bell Bernell tərəfindən neytron ulduzların kəşf edilməsi, mümkün astrofiziki reallıq olaraq qravitasiya nəticəsində çökmüş kompakt cisimlərə maraq oyatdı.
Qara dəliklərin sinqulyarlıqlarına görə üçölçülü olmadıqları və sıfır həcmli olduqları qəbul edilir. Qara dəliklərin daxilində zamanın yavaş irəlilədiyi və ya ümumiyyətlə irəliləmədiyi təxmin edilir. Qara dəliklər Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə təsvir edilir. Birbaşa müşahidə edilə bilmirlər. Onlar müxtəlif dalğa uzunluqları istifadə edən bilavasitə müşahidə üsulları sayəsində kəşf edilmişdir. Bu üsullar eyni zamanda ətraflarında yaranan varlıqların da müşahidə edilməsini təmin etmişdir. Məsələn, bir qara dəliyin potensial quyusunun çox dərin olması səbəbi ilə yaxınlığında yaranan böyümə diskinin üzərinə düşən maddələr diskin çox yüksək temperatura çatmasına səbəb olacaq. Bu da yayılan rentgen şüalarının təyin edilməsi ilə diskin (və dolayı olaraq qara dəliyin) aşkar olunmasını təmin edəcək. Hal-hazırda qara dəliklərin varlığı bu problemlə maraqlanan astrofiziklər və nəzəri fiziklərdən ibarət olan elmi birliyin demək olar ki, bütün fərdləri tərəfindən təsdiq edilərək dəqiqlik qazanmış vəziyyətdədir.Edvin F. Teylor və Con Arçibald Uiler, Qara dəliklərin araşdırılması: Ümumi nisbiliyə giriş, Benjammin/Cummings (2000) (ISBN 0-201-38423-X)
Təqdimat və terminologiya Qara dəlik sinqulyar qravitasiya adlanan bir nöqtəyə cəmlənmiş kütləyə sahibdir. Bu kütlə mərkəzi sinqulyar qravitasiya olan və qara dəliyin hadisə üfüqü adlanan bir kürəni yaradır. Bu kürə qara dəliyin fəzada tutduğu yer kimi də başa düşülə bilər. Kütləsi Günəşin kütləsinə bərabər olan bir qara dəliyin radiusu təxminən 3 km-dir.
thumb|left|250px|Bir ulduz qara dəliyinin Böyük Magellan Buludu istiqamətindəki fəzada simulyativ görünüşü. Qara dəliyin ətrafındakı bir çevrənin iki qövs formasında görünüşü "cazibə lensi təsiri" səbəbi ilə yaranmışdır. Yuxarıda yerləşən Süd Yolu qalaktikası xeyli "bükülmüş" vəziyyətdədir; belə ki, Cənub Xaçı bürcü (yuxarıda, solda yerləşən bürc) kimi bəzi bürclərin tanınması xeyli çətinləşmişdir. Qara dəliyin arxasındakı HD 49359 ulduzu yenə eyni təsirlə iki ulduz kimi görünür. Bu ulduzun və Böyük Buludun görünən iki ulduz formasında əksi qara dəliyi əhatə edən "Eynşteyn halqası" adlanan dairəvi qurşaq üzərində yerləşir.
Ulduzlar arasındakı milyonlarla kilometr məsafəni nəzərə alsaq, bir qara dəliyin başqa bir kosmik cismə göstərdiyi cazibə təsiri bu qara dəliklə eyni kütləyə sahib olan başqa bir kosmik cismin göstərdiyi cazibə təsiri ilə eyni ədədi qiymətə malikdir. Yəni, qara dəlikləri müqavimət göstərilə bilməyən bir kosmik "aspirator" olaraq düşünmək düzgün deyil. Məsələn, Günəşin yerində onunla eyni kütləyə sahib bir qara dəlik olsa, Günəş sistemindəki planetlərin orbitlərində hər hansı bir dəyişiklik olmayacaq.
Bir çox qara dəlik növü mövcuddur. Bir ulduzun daxilinə (öz içinə) çökməsi ilə yaranan qara dəliyə ulduz qara dəliyi deyilir. Bu qara dəliklər qalaktikaların mərkəzində olsa, bir neçə milyardlıq günəş kütləsi kimi nəhəng bir kütləyə sahib ola bilər və bu vəziyyətdə nəhəng qara dəlik (və ya qalaktik qara dəlik) adını alar. Kütləsi ədədi qiymətcə bu iki növ qara dəliyin kütlələri arasında olan (yəni, kütləsi təqribən bir neçə min günəş kütləsinə bərabər olan) üçüncü növün mövcud olduğu düşünülür və bu növə orta kütləli qara dəlik deyilir. Ən aşağı kütləli qara dəliklərin isə kainat tarixinin başlanğıcındakı Böyük Partlayışda yarandıqları düşünülür və bunlara da ilkin qara dəlik adı verilir. Lakin ilkin qara dəliklərin varlığı hal-hazırda təsdiqlənmiş deyil.
Bir qara dəliyi birbaşa müşahidə etmək mümkün deyil. Bilirik ki, bir cismin görünməsi üçün özündən işıq çıxmalı və ya özünə gələn işığı əks etdirməlidir, amma qara dəliklər üzərinə düşən işıqlarla yanaşı çox yaxınından keçən işıqları da udur. Qara dəliyin varlığı ətrafındakı cazibə performansından (məhsuldarlığından), xüsusilə, mikrokvazarlarda və aktiv qalaktika nüvələrində qara dəlik üzərinə düşən yaxınlıqdakı maddənin yüksək dərəcədə qızmış olmasından və güclü bir şəkildə rentgen şüaları yaymasından başa düşülür. Beləliklə, müşahidələr nəhəng və ya kiçik ölçülərdəki bu cür cisimlərin varlığı fikrini irəli sürür. Bu müşahidələrə uyğun gələn və ümumi nisbilik nəzəriyyəsinə tabe olan cisimlər yalnızca qara dəliklərdir.
Tarixi thumb|Qu X-1 qoşa ulduzu Qara dəlik anlayışı ilk olaraq XVIII əsrin sonunda Nyutonun ümumdünya cazibə qanunu əhatəsində yaranmışdır. Lakin o dövrdə məsələ yalnızca ikinci kosmik sürətin işıq sürətindən daha böyük olmasını təmin edə bilən kütləli cisimlərinAlan Ellis. Qara dəliklər — 1-ci hissə — Tarix // Edinburq Astronomiya Cəmiyyəti Jurnalı, № 39 (1999-cu il). var olub-olmadığını bilmək idi. Yəni qara dəlik anlayışı ancaq 20-ci əsrin əvvəllərində və xüsusilə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin ortaya atılması ilə fantastik bir anlayış olmaqdan çıxmışdır. Eynşteynin işlərinin yayımlanmasından qısa müddət sonra Karl ŞvartsşildKarl Şvartsşild, , , 1, 189–196 (1916). tərəfindən Eynşteyn sahə tənliklərinin mərkəzi bir qara dəliyin varlığını ehtiva edən bir həll yayımlanmışdı. Qara dəliklər üstündə ilk əsas işlər 1960-cı illərə söykənir. Çünki yalnız bu zamanlarda varlıqları haqqında ilk əsaslı əlamətlərin müşahidələrini etmişdilər.Parmi les premières observations de par Uhuru, on retiendra : , , , 166, L1-L7 (1971) Voir en ligne. İçində qara dəlik saxlayan bir cismin ilk müşahidəsi 1971-ci ildə Uhuru peyki tərəfindən edildi. Peyk Qu bürcünün ən parlaq ulduzu olan Qu X-1 qoşa ulduzunda rentgen şüaları mənbəyi olduğunu təyin etmişdi. Lakin "qara dəlik" termini daha əvvəlcədən, 1960-cı illərdə amerikalı fizik Kip Torn vasitəsilə ortaya atılmışdı. Bu terminin terminologiyaya yerləşməsindən əvvəl "qara dəlik" əvəzinə "Şvartsşild cismi" və "qapalı ulduz" terminləri istifadə edilirdi.Les premières indications que est un trou noir, à partir des observations de Uhuru, sont publiées dans D. M. Eardley & William H. Press, , , 13, 381–422 (1975) Voir en ligne .
Xüsusiyyətlər thumb|left|Süd Yolunun mərkəzindəki qara dəlik qaz buludlarını parçalayır (2006, 2010 və 2013-cü illərin müşahidələri uyğun olaraq mavi, yaşıl və qırmızı olaraq göstərilir). Qara dəlik digər astrofiziki cisimlər kimi bir cisimdir. Qara dəlik birbaşa müşahidəsinin çox çətin olması və mərkəzi bölgəsinin fizika qanunları ilə qənaətbəxş formada təsvir edilə bilməməsi ilə xarakterizə edilir. Mərkəzi bölgəsinin təsvir edilə bilməməsindəki ən vacib faktor mərkəzində bir sinqulyar qravitasiyanın olmasıdır. Bu sinqulyar qravitasiya ancaq bir kvant cazibəsi qanunu ilə təsvir edilə bilər, amma hal-hazırda belə bir qanun yoxdur. Buna baxmayaraq, tətbiq edilən müxtəlif dolayı üsullar sayəsində ətraf-mühitdə hökm sürən fiziki şərait və ətrafındakı sahəyə və cisimlərə təsiri mükəmməl bir formada təsvir edilə bilir.
Digər bir tərəfdən qara dəliklər çox az sayda parametrlərlə təsvir edildiklərinə görə təəccübləndirici cisimlərdir. Yaşadığımız kainatdakı təsviri yalnızca üç parametrə bağlıdır: kütlə, elektrik yükü və impuls momenti. Qara dəliklərin bütün digər parametrləri (ölçüsü, forması və s.) bunlarla təyin olunur. Bir müqayisə aparsaq, məsələn, bir planetin təsvir edilməsində yüzlərlə parametrdən danışıla bilər (kimyəvi birləşmələr, elementlərin fərqlənməsi, konveksiya, atmosfer və s.). 1967-ci ildən bəri qara dəliklər yalnız bu üç parametrlə xarakterizə edilirlər ki, bu da 1967-ci ildə Uerner İsrael tərəfindən ortaya atılan absurd nəzəriyyəsi sayəsində edilir. Bu, uzun məsafəli fundamental qarşılıqlı təsirlərin yalnız cazibə qüvvəsi və elektrodinamikanın olmasını da izah edir; qara dəliklərin ölçülə bilən xüsusiyyətləri yalnız bu qüvvələri xarakterizə edən parametrlərlə, yəni kütlə, elektrik yükü və impuls momenti ilə verilir.
Bir qara dəliyin kütlə və elektrik yükü ilə əlaqəli xüsusiyyətləri "klassik" (ümumi nisbiliyin olmadığı) fizikanın tətbiq edilə bilən adi xüsusiyyətləridir: qara dəliyin kütləsinə uyğun olaraq bir cazibə sahəsi və elektrik yükünə uyğun olaraq bir elektrik sahəsi vardır. Buna baxmayaraq, impuls momenti təsiri ümumi nisbilik nəzəriyyəsinə xas bir xüsusiyyət daşıyır: öz oxu ətrafında dönən bəzi kosmik cisimlər ətraflarındakı fəza-zamanıDımnikova İ. Q. Qara dəliklər // Fizika ensiklopediyası. T. 5. Stroboskopik cihazlar — Parlaqlıq / Red. A. M. Proxorov, D. M. Alekseyev, A. M. Baldin, A. M. Bonç-Bruyeviç və başqaları — M.: Böyük rusdilli ensiklopediya, 1998. — С. 452–459. — 760 с. — ISBN 5-85270-101-7. da əymək meyilindədir. Lens-Tirrinq təsiri adlanan bu fenomen hələ ki Günəş sistemində müşahidə edilmir. Öz oxu ətrafında dönən qara dəliyin ətrafındakı fəzada bu fenomen inanılmaz ölçülərdə reallaşmaqdadır ki, bu sahəyə "güc bölgəsi" () və ya "güc kürəsi" adı verilir.
Qalaktik bir qara dəliyin kütləsi, əsasən, balcdakı maddənin kütləsinin təxminən mində birinə bərabərdir.Selon Chris Carilli, les trous noirs géants se seraient formés avant leurs galaxies hôtes .
Dönmə və yüklərinə görə təsnifi + Qara dəliklər bəzi parametrləri (impuls momenti (L), elektrik yükü (q) və həmişə sıfırdan böyük olan kütləsi (m)) vardır ki, bunlara görə müəyyən edilən fərziyyəyə əsasən qara dəliklərin dörd növü vardır. m > 0 L = 0 L ≠ 0 Q = 0 Şvartsşild qara dəliyi Kerr qara dəliyi Q ≠ 0 Reysner-Nordström qara dəliyi Kerr-Nyumen qara dəliyi