Henri Kellett (; 2.11.1806–1.3.1875) — Böyük Britaniyalı arktika dənizçisi, vitse-admiral (1868).
O, Afrikanın qərbində üzən qanunsuz gəmilərin təqiblərinə rəhbərlik etmişdir. Birinci Tiryək müharibəsində gəmi kanitanı olmuşdur.
1848–1850-ci illərdə Çukot dənizi ilə "Herald" () gəmisində ekspedisiya etmişdir. 1849-cu ildə Herald adasını kəşf etmiş və adlandırmışdır. 1852–1854 illərdə Con Franklinin Kanada Arktik arxipelaqında müəmmalı şəkildə itkin düşməsindən sonra ora təşkil edilən ekspedisiyaya rəhbərlik etmişdir. Bu zaman Şahzadə Patrik, Melvill, Emerald adaları və Fisuilyam, Kellett boğazlarını aşkarlamışdır.
1869–1871 illərdə isə Böyük britaniyanın Çindəki mülklərinə aid donanmaya rəhbərlik etmişdir.
Kellettın adı ilə burun və boğaz adlandırılmışdır. 1988-ci ildə Herald adasına edilən ekspedisiya zamanı burada yerləşən zirvələrdən biri "Kellett dağı" olaraq adlandırılmışdır
İstinadlar
Mənbə Kellets' Storehouse
Kateqoriya:Afrikanın tədqiqatçıları Kateqoriya:Böyük Britaniya admiralları Kateqoriya:Britaniya dənizçiləri Kateqoriya:Çukot dənizi