Routan adaları — Şərqi Sibir dənizində yerləşən Çaun körfəzində Pevekdən 5 km aralıda yerləşir. Arxipelaqdan 24 km qərbdə Ayon adası yerləşir.

Ada Çukot Muxtar Dairəsinin Çaun rayonu rayonu ərazisində yerləşir.

Böyük Routan adası demək olar ki, üçbucaq formaya malikdir. Uzunluğu 9.5 km, eni 4.5 km təşkil edir. Sahəsi 33,7 km²-dirBotanik təbiət abidəsi Kiçik Routan adası olduqca kiçik adadır, Böyük Routan adasından 1 km qərbdə yerləşir. Uzunluğu 1.3 km-dir.

Böyük Routan adasında Qütb stansiyası fəaliyyət göstərir.Qütb stansiyası Torf qatının yaşı 22 890 ± 640 ildir (Tln-105). Çoxlu sayda gölləri vardır. Ən iri gölləri: Kruqloye və Vodovoznoye.

Kiçik Routan adasında kisbətən iri Qusinoe gölü vardır.

Adalar 1821-ci ilin martında Kolıma ekspedisiyasının üzvləri, başda Ferdinant Petroviç Vrangel tərəfindən aşkarlanmışdır.

İstinadlar

Kateqoriya:Şərqi Sibir dənizi adaları Kateqoriya:Çukot Muxtar Dairəsinin adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq