Elis Manolova () — 2011–2012-ci illərdə Bolqarıstanı, 2015–2025-ci illərdə isə Azərbaycanı təmsil etmiş qadın güləşçi, 2019-cu il Avropa Çempionatının qalibi.

Karyerası Elis Manolova 2011-ci ildə gənclər arasında Avropa və Dünya Çempionatlarında çıxış eləsə də, uğurlu nəticələrə imza ata bilmədi və turnirləri müvafiq olaraq 14-cü və 5-ci pillələrdə başa vurdu. 2012-ci ilin iyulunda isə Elis Manolova Polşada baş tutan gənclər arasında Avropa Çempionatında bütünc rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

Daha sonra Azərbaycan Güləş Federasiyası (AGF) Elis Manolovanı Azərbaycan yığmasının heyətinə cəlb etdi. 2023-cü ildə beynəlxalq dərəcəli referi Hicran Şərifov "CBC Sport"da yayımlanan "Əlavə vaxt" verilişində qonaq olan zaman "illər əvvəl Rumıniyada Elis Manolovanın ailəsi ilə tanış olduğunu və onu Azərbaycana gətirddiyini" bildirdi. Daha sonra isə o, "Elis Manolovanın sənədlərini də asan yolla həll etdiyini, onu bacım oğlu ilə formal nikaha aparırdığını, bununla da onun rahat yolla Azərbaycan bayrağı altında güləşməsinə şərait yaratdığını" qeyd etdi.

Elis Manolovanın Azərbaycan bayrağı altında birinci beynəlxalq turniri 2015-ci ildə oldu. Polşada baş tutan U23 Avropa Çempionatını 8-ci pillədə başa vuran Elis Manolova ardınca Sofiyada D. Kolov — N. Petrov beynəlxalq turnirində bürünc, İstanbulda yeniyetmələr arasında Avropa Çempionatında gümüş, Salvador da Bahiada isə yeniyetmələr arasında Dünya Çempionatında gümüş medallara sahib oldu. Həmin ilin sentyabrında debüt Dünya Çempionatında uğursuz çıxış edən və turniri 24-cü pillədə pillədə başa vuran Elis Manolova noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirində 8-ci pillənin sahibi oldu.

2016-cı ildə isə Elis Manolova əvvəlcə martda Bolqarıstanda U23 Avropa Çempionatında bürünc medala sahib oldu. Daha sonra o, Zrenyaninda Avropa Olimpiya Təsnifat Turnirində, İstanbulda isə Dünya Olimpiya Təsnifat Turnirində çıxış eləsə də olimpiya lisenziyasına sahib ola bilmədi. İyunda Rumıniyada yeniyetmələr arasında Avropa Çempionatının gümüş, avqustda isə Fransada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarına sahib olan Elis Manolova noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci illədə başa vurdu.

Elis Manolova üçün 2017-ci il uğursuz oldu. İlin əvvəlində Elis Manolova Rusiyada İvan Yarıgin beynəlxalq turnirinin bürünc medalına sahib olsa da, Kiyev beynəlxalq turnirində və Avropa Çempionatında medalın bir addımlığında məğlub olaraq turniri beşinci pillədə başa vurdu. Macarıstanda U23 Avropa Çempionatında da uğursuz çıxış edən və nəticədə turnirləri 11-ci pillədə başa vuran Elis Manolova 2017-ci il ərzində yeganə qızıl medala mayda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında sahib oldu. Elis Manolova həmçinin avqustda Fransada Dünya Çempionatında və noyabrda Macarıstanda U23 Dünya Çempionatında da uğursuz çıxış etdi və turnirləri müvafiq olaraq 17-ci və 8-ci pillələrdə başa vurdu.

2018-ci ildə Elis Manolova əvvəlcə Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirində bürünc medala sahib oldu. Mayda isə Elis Manolova Rusiyada baş tutan Avropa Çempionatında finala gedən yolda bütün rəqiblərinə qalib gəlsə də, həlledici görüşdə Finlandiya nümayəndəsi Petra Olliya məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Daha sonra Elis Manolova İstanbulda Yaşar Doğu beynəlxalq turnirində 5-ci və Budapeştdə Dünya Çempionatında 20-ci pillələrdə qərarlaşdı. Noyabrda isə Elis Manolova Buxarest şəhərində (Rumıniya) U23 Dünya Çempionatını gümüş medalla başa vurdu.

Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elis Manolova ilin əvvəlində Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirində və Serbiyada U23 Avropa Çempionatında medalın bir addımlığında məğlub olaraq turnirləri beşinci pillələrdə başa vursa da, martda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu oldu. Sentyabrda isə Elis Manolova Qazaxıstanın Nur-Sultan şəhərində baş tutan Dünya Çempionatında bürünc medalın sahibi oldu.

2020-ci ildə Elis Manolova yanvarda İstanbulda Yaşar Doğu beynəlxalq turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Fevralda isə Elis Manolova İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatının final görüşündə Bolqarıstan nümayəndəsi Mimi Xristovaya məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin il dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə Olimpiya Oyunları, həmçinin bir sıra beynəlxalq turnirlər təxirə salındı.

2021-ci ildə Elis Manolova əvvəlcə martda Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində beşinci pillənin sahibi oldu və olimpiya lisenziyasını əldə edə bilmədi. Apreldə Polşanın Varşava şəhərində Avropa Çempionatını yeddinci pillədə başa vuran Elis Manolova mayda Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurmaqla olimpiya lisenziyasına sahib oldu. Bununla da Elis Manolova Azərbaycanı 2021-ci ilin iyul-avqustunda Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 2-də çıxış edən Elis Manolova olimpiadanın 1/8 final mərhələsində Nigeriya nümayəndəsi Blessing Oborududu ilə üz-üz gəldi. Həmin görüşdə Elis Manolova rəqibinə 2:14 hesabı ilə məğlub oldu. Blessing Oborududu final görüşünə vəsiqə qazandığına görə Elis Manolova təsəlliverici qrupda mübarizə apardı. Avqustun 3-də Elis Manolova Qırğızıstan nümayəndəsi Məryəm Cumanəzərova ilə üz-üzə gəldi. Həmin görüşdə Elis Manolova rəqibinə 1:4 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı. Olimpiadadan sonra Elis Manolova Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatında çıxış etdi və turniri 12-ci pillədə başa vurdu.

2022-ci ildə Elis Manolova əvvəlcə Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirinin gümüş medalına sahib oldu. Ardınca İstanbul şəhərində Yaşar Doğu beynəlxalq turnirini beşinci pillədə başa vuran Elis Manolova martda Budapeşt şəhərində Avropa Çempionatının, avqustda isə Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının gümüş medallarına sahib oldu. Sentyabrda isə o, Belqrad şəhərində (Serbiya) Dünya Çempionatını beşinci pillədə başa vurdu.

2023-cü il isə Elis Manolova üçün uğursuz mövsüm oldu. Elis Manolova Xorvatiyada Zagreb Open beynəlxalq turnirində, Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirində, həmçinin Xorvatiyada Avropa Çempionatı və Serbiyada Dünya Çempionatında uğursuz nəticələrə imza atdı və mövsümü medalsız başa vurdu.

28 iyun 2025-ci ildə Azərbaycan Güləş Fedarasiyası Manolovanın karyerasının başa vurduğunu açıqlayıb.

Nəticələri

SıraİlYarışEv sahibiNəticə Bolqarıstan12011Gənclərin Avropa Çempionatı Polşa14.2Gənclərin Dünya Çempionatı Macarıstan5.32012Gənclərin Avropa Çempionatı Polşa1. Azərbaycan42015U23 Avropa Çempionatı Polşa8.5D. Kolov — N. Petrov Turniri Bolqarıstan3.6Yeniyetmələrin Avropa Çempionatı Türkiyə2.7Yeniyetmələrin Dünya Çempionatı Braziliya3.8Dünya Çempionatı ABŞ24.9Qızıl Qran-Pri Azərbaycan8.102016U23 Avropa Çempionatı Bolqarıstan3.11Avropa Olimpiya Təsnifat Turniri Serbiya5.12Dünya Olimpiya Təsnifat Turniri Türkiyə14.13Yeniyetmələrin Avropa Çempionatı Rumıniya2.14Yeniyetmələrin Dünya Çempionatı Fransa3.15Qızıl Qran-Pri Azərbaycan5.162017İvan Yarıgin Turniri Rusiya3.17Kiyev Turniri Ukrayna5.18U23 Avropa Çempionatı Macarıstan11.19Avropa Çempionatı Serbiya5.20İslam Həmrəyliyi Oyunları Azərbaycan1.21Dünya Çempionatı Fransa17.22U23 Dünya Çempionatı Polşa8.232018D. Kolov — N. Petrov Turniri Bolqarıstan3.24Avropa Çempionatı Rusiya2.25Yaşar Doğu Turniri Türkiyə5.26Dünya Çempionatı Macarıstan20.27U23 Dünya Çempionatı Rumıniya2.

SıraİlYarışEv sahibiNəticə282019D. Kolov — N. Petrov Turniri Bolqarıstan5.29U23 Avropa Çempionatı Serbiya5.30Avropa Çempionatı Rumıniya1.31Dünya Çempionatı Qazaxıstan3.322020Yaşar Doğu Turniri Türkiyə1.33Avropa Çempionatı İtaliya2.342021Avropa Olimpiya Təsnifat Turniri Macarıstan5.35Avropa Çempionatı Polşa7.36Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan2.37Olimpiya Oyunları Yaponiya10.38Dünya Çempionatı Norveç12.392022D. Kolov — N. Petrov Turniri Bolqarıstan3.40Y. Doğu Turniri Türkiyə5.41Avropa Çempionatı Macarıstan2.42İslam Həmrəyliyi Oyunları Türkiyə2.43Dünya Çempionatı Serbiya5.442023Zagreb Open Xorvatiya14.45D. Kolov — N. Petrov Bolqarıstan4.46Avropa Çempionatı Xorvatiya8.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanın Bolqarıstandan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar