Lissabon (port. Lisboa), Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. Avropaın ən rəngli paytaxtlarından biri olan Lissabon Roma və İstanbul kimi yeddi təpə üzərinə qurulmuşdur. 1260-cı ildən bəri Portuqaliyanın paytaxtı olan şəhər XVI əsrdə Portuqaliya İmperiyası zamanında ən ehtişamlı dövrünü yaşamışdır.
İqlim Lissabon Avropanın ən isti paytaxtlarındandır. Bahar və yay fəsilləri ümumiyyətlə günəşlidir. Ən yüksək istilik 35º ilə 40 °C, ən aşağı istilik 15º ilə 20 °C arasındadır. Payız və qış mövsümləri ümumiyyətlə yağışlı və küləklidir ancaq günəşli günlərə də rast gəlinir. İstilik nadir olaraq 5 °Cnin altına düşür. Bu mövsümlərin orta istiliyi 10 °C ətrafındadır. Qar yağması isə Lissabonda çox nadirən baş verir. Ortalama olaraq ildə 3.300 günəşli saat və 100 yağışlı gün vardır. Lissabonun iqliminə Qolfstrim (Gulf Stream) cərəyanı çox təsir göstərir.
900px|thumb|center|Tejo çayı üzərindəki Vasko da Qama Körpüsü
Əhali
Şəhərin əhalisi 564.657 ikən metropoludan bölgənin əhalisi 2. 760.723dür. Lissabon Metropoludan Bölgəsi, Böyük Lissabon və Setúbal Yarımadası altbölgəlerini ehtiva edər. Şəhər içindəki əhali sıxlığı 6.658 adam/km² dir. Lissabon Avropada ən sürətli böyüyən metropoludan sahələrdən biridir və Birləşmiş Millətlər Təşkilatı təxminlərinə görə 2050-ci ildə əhali 4,5 milyon adama çatacaq.
İdman Lissabonda ən məşhur idman futboldur. Şəhərin başlıca klubları arasında UEFAnın 5 ulduzlu stadionlar siyahısında olan 65,000 nəfərlik Estádio də Luz (İşıq Stadionu) ilə SL Benfica klubunun adını çəkmək olar. Benfica UEFA Çempionlar Liqasını iki dəfə qazanmış və yeddi dəfə finalda oynamışdır. Klubun məşhur oyunçuları arasında 1960-cı illərdə Eusebio, hazırda da Rui Costa, Nuno Gomes və Simão Sabrosa sayıla bilər.
Sporting Lissabon, şəhərin digər məşhur futbol klubudur. Bu klub öz oyunlarını 52.000 nəfərlik və yenə UEFA-nın 5 ulduzlu stadionlar siyahısında olan Estádio José də Alvalade (José də Alvalade Stadionu) stadionunda keçirir. Sporting Lissabon bir dəfə UEFA Kubok Qalibləri Kubokunu qazanmış və bir dəfə də UEFA Kubokunda final oynamışdır.
Hər il Mart ayında əhalinin kütləvi iştirak etdiyi və dünya səviyyəsindəki bu cür tədbirlərdə ən çox adamın toplandığı qaçışlardan olan Yarı Marafon təşkil edilir.
Bundan başqa, 2006-cı ildən bəri Dakar Rallisinin başlanğıcı Lissabondan götürülür.
Bucaqlar
Lissabon bələdiyyəsi 4 məhəllədə (Por.: Bairro) toplanmış 53 bucaqdan (Por.: freguesia) meydana gələr. Ajuda (2.º Bairro) Alcântara (2.º Bairro) Alto do Pina (4.º Bairro) Alvalade (3.º Bairro) Ameixoeira (3.º Bairro) Anjos (1.º Bairro) Beato (4.º Bairro) Benfica (3.º Bairro) Campo Grande (3.º Bairro) Campolide (3.º Bairro) Carnide (3.º Bairro) Castelo (1.º Bairro) Charneca (3.º Bairro) Coração de Jesus (1.º Bairro) Encarnação (1.º Bairro) Graça (1.º Bairro) Lapa (2.º Bairro) Lumiar (3.º Bairro) Madalena (1.º Bairro) Mártires (1.º Bairro) Marvila (4.º Bairro) Mercês (Lissabon) (1.º Bairro) Nossa Senhora de Fátima (3.º Bairro) Pena (1.º Bairro) Penha de França (4.º Bairro) Prazeres (2.º Bairro) Sacramento (1.º Bairro) Santa Catarina (1.º Bairro) Santa Engrácia (1.º Bairro) Santa Isabel (2.º Bairro) Santa Justa (1.º Bairro) Santa Maria de Belém (2.º Bairro) Santa Maria dos Olivais (4.º Bairro) Santiago (1.º Bairro) Santo Condestável (2.º Bairro) Santo Estêvão (1.º Bairro) Santos-o-Velho (2.º Bairro) São Cristóvão e São Lourenço (1.º Bairro) São Domingos de Benfica (3.º Bairro) São Francisco Xavier (2.º Bairro) São João (4.º Bairro) São João de Brito (3.º Bairro) São João de Deus (4.º Bairro) São Jorge de Arroios (4.º Bairro) São José (1.º Bairro) São Mamede (1.º Bairro) São Miguel (1.º Bairro) São Nicolau (1.º Bairro) São Paulo (1.º Bairro) São Sebastião da Pedreira (3.º Bairro) São Vicente de Fora (1.º Bairro) Sé (1.º Bairro) Socorro (1.º Bairro)
Qardaş şəhərlər 20px Monreal, Kanada 20px Cersi, Amerika Birləşmiş Ştatları 20px Paris, Fransa 20px Budapeşt, Macarıstan 20px Zaqreb, Xorvatiya 20px Madrid, İspaniya 20px Nikosiya, Cənubi Kipr 20px Buenos-Ayres, Argentina 20px Makao, Çin Xalq Respublikası 20px Afina, Yunanıstan
Şəkillər
Mənbə
Xarici keçidlər
Rəsmi internet səhifəsi
Kateqoriya:Avropanın liman şəhərləri