Hacı Bayram — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
Tarixi Rayon mərkəzindən 32 km qərbdə, Araz çayının yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Hacı Bayram qışlağı" formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.48, Qafqazın 5 verstlik xəritəsində "Hacı Bayram" kimiД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, издания Кавказскaго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.54 qeyd edilmişdir. Kənd Hacı Bayram adlı şəxs tərəfindən salınmış, ona görə də Hacı Bayram kəndi adlanmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Baxçalar, 3.VII.1968-ci il fərmanı il yenidən dəyişdirilərək Baqaran qoyulmuşdur.
Toponimi 1728-ci ildən mə’lumdur. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.Hüseynzadə Ə. Cüvə coğrafi adının mənşəyi. "Elm və həyat" jurnalı., 1983, № 3.. Mənbədə kəndin həm də Qaraqışlaq adlanması göstərilir. 1918–1919-cu illərdə ermənilər də yerləşdirilmişdir. 1935-ci ildə kənd Baxçalar, 1968-ci ildə ermənicə Baqaran adlandırılmışdır. 1728-ci ilə aid mə’lumata görə Ağcaqala və Çayırbəyli kəndlərinin qışlaq yeri idiAzərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990.. Qışlaq hacı Bayram adlı şəxsə mənsub olduğuna görə onun adı ilə adlanmışdır.
Əhalisi Kənddə 1831-ci ildə 332 nəfər, 1873-cü ildə 447 nəfər, 1886-cı ildə 434 nəfər, 1897-ci ildə 476 nəfər, 1908-ci ildə 436 nəfər, 1914-cü ildə 815 nəfər, 1916-cı ildə 444 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.62–63, 138–139. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 325 nəfər azərbaycanlı, 1926-cı ildə 334 nəfər azərbaycanlı, 13 erməni, 1931-ci ildə 403 nəfər azərbaycanlı, 8 erməni yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–49-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Qədim Ermənistan