Vilkitski adası — yaşayışı olmayan, Kara dənizinin şərqində, Ob estuarisi ilə Yenisey körfəzi arasında yerləşən ada.

İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Ada aypara formasına malikdir. Cənubunda Şved buxtası yerləşir.

Eni 9 km, uzunluğu 18 km təşkil edir. Ərazisi əsasən qumsaldır. Ərazisinin 60 km² sahəsi tundra bitkiləri ilə örtülür.

Ada 1874-cü ildə kəşf edilmişdir. Ada öz adını Andrey İppolitoviç Vilkitskinin şərəfinə adlandırılmışdır. Xəritə Xəritə

Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Yamalo-Nenets Muxtar Dairəsi adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları