Xoxan — rejissor Samir Kərimoğlunun filmi. Nizami Kino Mərkəzində filmin təqdimatı olub.“Xoxan” filminin təqdimatı keçirilib: [Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun filmi haqqında] //Üç nöqtə.- 2014.- 10 dekabr.- S.13.

Məzmun "Xoxan" filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir.

Milli mifologiyada "xoxan" sözü "xortdan" sözünün qısaldılmış forması kimi başa düşülür.

Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı — avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...

Rollarda Fərda Xudaverdiyev — Rəftar Elməddin Cəfərov — Qəhrəman Nigar İbrahimova — Xoxan Ələsgər Məmmədoğlu — bağban Şəhriyar Əbilov — makler Aynur Hüseyn — Nüşabə Nərgiz Zamir — Nüşabənin rəfiqəsi Səbinə Hacıyeva — ev sahibəsi

İstinadlar

Xarici keçidlər Filmi izlə Azərbaycanın plagiat film və serialları – SİYAHI "Xoxanlar"filmi məhkəməyə veriləcək-Rejissor Samir Kərimoğlu

Həmçinin bax Naxox (film, 2016) Xoxanlar (film, 2020)

Kateqoriya:Komediya filmləri Kateqoriya:Azərbaycanın qorxu filmləri Kateqoriya:Samir Kərimoğlunun filmləri Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri Kateqoriya:Cin filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri