Monumentum Ancyranum () - Türkiyənin Ankara şəhərində yerləşən arxeoloji abidədir. Adını “Res Gestae Divi Augusti” (İlahi Avqustun əməlləri) kitabəsindən alan abidə, Ankara şəhərində qədim Avqusteum hissəsində yerləşir. Buradan “Res Gestae” əsərinin ən yaxşı qorunmuş variantı aşkarlanmışdır.
İnşası
Məbəd e.ə.25-20-ci illərdə Anadolunun Roma imperiyası tərəfindən fəth edilməsi və mərkəzi Ankira şəhəri olan Qalatiya vilayətinin yaradılmasından sonra inşa edilmişdir.
Res Gestae Divi Augusti
14-cü ildə Avqustun ölümündən sonra “Res Gestae Divi Augusti” mətni məbədin interyerində pronaos hissəsində latın dilində, fasadın çella hissəsində isə yunan dilində həkk edilmişdir.
Əsərin, Romadakı Avqust mavzoleyi qarşısında ucalan tunc sütunlar üzərində yazılmış tam mətni çoxdan itirilmiş, digər iki saxlanmış mətn isə tam olmadığına görə bu mətnlər əsərin ən yaxşı qorunmuş nüsxəsi hesab edilir.Loeb Classical Library redaktoru Diel qeyd edir ki, Res Gestae Divi Augusti əsərinin mətni o zaman imperiya boyunca bir çox məbəd divarlarına həkk edilsə də onlar dövrümüzə kimi gəlib çatmamışdır.
Monumentum Ancyranum haqqında qərb aləminə ilk məlumat, Sultan Süleyman Qanuninin dövründə (1555-1562) Müqəddəs Roma imperiyası imperatoru I Ferdinandın Kiçik Asiyanın Amasiya şəhərinə göndərdiyi səfir Ojye Gislen de Busbek"Loeb Classical Library"-də Diel, onu Buysbecche adlandırır; Busbecq həm də avropa bağlarına zanbaq və yasəmənin gətirilməsi ilə məşhurdur. olmuşdur.
Kitabəni ilk dəfə oxuyan Busbek Qay Svetoni Trankvilldən oxuduğu məlumatlar əsasında kitabənin mənşəyini müəyyən etmişdir; O, kitabələrdəki mətnlərin bir hissəsini “Türk məktubları”nın tərkibində nəşr etdirmişdir.Edward Seymour Forster, translator, The Turkish Letters of Ogier de Busbecq reprinted Louisiana State University 2005. İstinadlar
Ədəbiyyat Botteri P. and Fangi G. (2003). The Ancyra Project: the Temple of Augustus and Rome in Ankara, ISPRS Archives, volume XXXIV part 5/W12 Commission V, pp 84–88. .
Kateqoriya:Altındağ tikililəri Kateqoriya:Mərkəzi Anadoludakı arxeoloji abidələr Kateqoriya:Latınca kitabələr Kateqoriya:Oktavian Avqust Kateqoriya:Qədim Roma