Əfəndi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 5–7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı kəndi ilə Saral kəndinin arasında yerləşir. Hamamlı rayonu təşkil edilənə kimi, 1937-ci ilə kimi, Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.303 qeyd edilmişdir.
Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Karadzor qoyulmuşdur.
Əhalisi Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.50–51.
1905–1906-cı illərdə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1915–1918-ci illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdirErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s.333.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1926-cı ildə burada 10 nəfər azərbaycanlı yaşamışdır.
1930-cu ildə onlar kənddən sıxışdırılıb çıxarılmışdır. İndi yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Pəmbək kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri