David Qrossman (; ) — yəhudi yazıçı.
Həyatı David Qrossman 1954-cü ildə Qüds şəhərində doğulub.Atası Polşadan gəlmədir. Bütün ata qohumları Holokost zamanı ya məhv olmuş, ya da itkin düşmüşdü. Anası əslən qüdslüdür.
David Qrossman İsrail ordusunda xidmət etdikdən sonra universitetdə fəlsəfə və teatr sənətini öyrənmişdi. İsrailin səsi radiosunda aparıcı kimi çalışmışdı.
Ədəbi yaradıcılığı David Qrossman ilk kitabını 1979-cu ildə nəşr etdirib. İlk romanı isə "Oğlağın təbəssümü" (חיוך הגדי) adlanır. İudeya və Samariya əhalisinin yaşam yolu haqqındadır. Roman İsrail baş nazirinin ədəbi mükafatına layiq görülmüşdü. Əsərin motivləri əsasında bədii film çəkilib.
İstinadlar
Kateqoriya:İsrail yazıçıları Kateqoriya:Beynəlxalq Man Buker mükafatı laureatları Kateqoriya:Polşa-yəhudi əsilli İsrail şəxsləri Kateqoriya:İsrailin qeyri-bədii əsər yazan yazıçıları