Saleh Ərşad oğlu Məmmədov () — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri (2017–2026), əməkdar mühəndis,Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) kitabı, Bakı, 2015. v cild, səhifə:150–153. "Azərbaycan Həndbol Federasiyası"nın prezidenti (2016).

Həyatı Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə vermiş və 1980-ci ildə müvəfəqiyyətlə institutun "Sənaye və mülki tikinti" fakültəsini bitirmişdir.

Saleh Məmmədov əmək fəaliyyətinə 06.08.1980–15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır.

1980–1982-ci illərdə Sovet Ordusu silahlı qüvvələri sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir.

O, 1982–1991-ci illərdə "Yoltəmirtikinti" Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991–1993-cü illərdə "Azərneft" Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994–1995-ci illərdə "Azkommunkomplekttexnika" İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir.

1995–2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2003–2015-ci illərdə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar "Azəryolservis" ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2015-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirmişdir.

S. Ə. Məmmədov 19.02.2015-ci il tarixdən "Azəryolservis" ASC sədrinin birinci müavini təyin edilmiş və "Azəryolservis" ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S. Ə. Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.

12 dekabr 2016-cı ildə S. Ə. Məmmədov "Azərbaycan Həndbol Federasiyası"nın prezidenti seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

O, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işlədiyi dövrdə respublikanın ümumi istifadədə olan Beynəlxalq əhəmiyyətli (E-119, AH-8), M-1, M-4 və M-2 magistiral avtomobil yollarının böyük bir hissəsinin istismarı, həmçinin yerli əhəmiyyətli yollarının 100 km uzunluqda hissəsinin istismarı işlərinə rəhbərlik etmişdir.

6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Ailəlidir, dörd övladı var.

Mükafatları Saleh Məmmədov Respublika Prezidentinin 22.09.2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir..

10 aprel 2012-ci il tarixdə Saleh Məmmədov Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə təltif edilmişdir.

21 fevral 2018-ci il tarixdə Saleh Məmmədov Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində görə xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir..

İstinadlar

Xarici keçidlər İdarə Heyətinin Sədri AHF-nin prezidenti Kateqoriya:Azərbaycanın dövlət xadimləri