Drukşyayhttp://untreaty.un.org/unts/120001_144071/28/1/00022978.pdf () və ya Drisvyatı gölü (, ) — Litvanın şimal-şərqində və Belarusun Vitebsk vilayətinin ərazisində yerləşən göldür. Göl İqnalina Atom Elektrik Stansiyasını su ilə təchiz edir. Göl Braslau gölü ərazisində yerləşmişdir və ərazinin ən böyük gölüdür.
Təsviri Drukşyay gölünün ümumi sahəsi 44,79 km²-dir (34 km² Litva ərazisində, 10 km² Belarus ərazisində). Göl mənşəcə buzlaq mənşəlidir. Buzlaqların şimaldan cənuba və qərbdən şərqə doğru hərəkəti zamanı uzunsov şəkildə iki şaquli kanal əmələ gətirir. Gölün maksimal dərinliyi 33,3 m, orta dərinliyi isə 7,6 m-dir. Birinci kanalın maksimal dərinliyi 29 m, İkinci kanalın maksimal dərinliyi 33,3 m-dir. Gölün ən dayaz hissəsi cənub sahildir ki, buranın da maksimal dərinliyi 3 m ilə 7 m arasında dəyişir.
Kiçik çayların bir çoxu bu gölə tökülür.
İstinadlar
Xarici keçidlər Druksiai ecological tourism center Site name: Lake Druksiai with adjacent territories . Ecological Institute at University of Vilnius.
Kateqoriya:Litva gölləri Kateqoriya:Sərhəd gölləri