Oskar Danon (; )Preminuo kompozitor i dirigent Oskar Danon , politika.rs, 18.12.2009 — Yuqoslaviya bəstəkarı və dirijoru.

İkinci dünya müharibəsi davam edərkən 1943-cü ildə Vladimir Nazorun yazdığı yuqoslav partizanlarının marşı olan "Uz marşala Tita"nın () bəstəkarıdırJugoslavija je moja jedina domovina . e-novine.com. thumb|Oskar Danon Maribor Simfonik Orkestri ilə təcrübə zamanı, 1961-ci il4. april 1961, Maribor. Dr. Oskar Danon, eden najuglednejših jugoslovanskih dirigentov med vajo z orkestrom mariborske filharmonije. (avtor fotografije: Dragiša Modrinjak) . podstresje.si.

Gəncliyi və təhsili Bir boşnak-serb yəhudisi olan Oskar Danon 7 fevral 1913-cü ildə, həmin zaman mövcud olan Avstriya-Macarıstan imperiyasına aid (indiki vaxtda Bosniya və Herseqovinaya aid) Sarayevo şəhərində anadan olmuşdur.

Yuqoslaviya Krallığında musiqi təhsili bölməsində oxumuş və Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Musiqişünaslıq sahəsi üzrə doktorluq işini müdafiə etmişdir.

Karyerası Sarayevoda dirijor kimi fəaliyyət göstərmiş və İkinci dünya müharibəsindən sonra, 1944–1965-ci illər arasında Belqrad Operasının dirijoru və rejissoru olmuşdur. 1970–1974-cü illərdə Sloveniya Filarmoniya Orkestrında dirijorluq etmişdir. Həmçinin, o, həmin dövrdə Belqrad Filarmoniya Orkestrınında da dirijor idi. Bu orkestrlarla həm Yuqoslaviyada, həm də ölkə xaricində (Paris, Visbaden, Florensiya və s. şəhərlərdə) dəfələrlə çıxış etmişdir.

Pedaqoji fəaliyyəti Oskar Danon Belqrad Musiqi Akademiyasının professoru idi.

İctimai fəaliyyəti Serbiya Musiqiçilər Assosiasiyasının üzvü olmuş Oskar Danon, 1955–1957-ci illərdə bu təşkilata rəhbərlik də etmişdir.

2008-ci ildə o, Bosniya və Herseqovina Elmlər və İncəsənət Akademiyasının üzvü seçilmişdir.

Mükafatları Oskar Danon bir sıra mükafatlarla təltif olunmuşdur: Belqrad şəhərinin Oktyabr mükafatı; AVNOJ mükafatı (1970); Vatroslav Lisinski mükafatı (2004).

Ölümü Oskar Danon 18 dekabr 2009-cu ildə, 96 yaşında ikən Serbiyanın paytaxtı Belqrad şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Bosniya və Herseqovina musiqiçiləri Kateqoriya:Belqradda vəfat edənlər Kateqoriya:Bosniya və Herseqovina uzunömürlüləri Kateqoriya:Yuqoslaviya partizanları Kateqoriya:XX əsr akademik musiqi bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Musiqi