Şahzadə Səlim () — 13-cü Osmanlı sultanı III Mehmedin ilk oğlu.Table XXXIII. MEHMED III (page 206). A.D.Alderson "The Structure of the Ottoman Dynasty". Oxford 1956
Həyatı Şahzadə Səlim 1585-ci ildə Manisada dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Muradın oğlu və o illərdə Saruhan sancaqbəyi olan Şahzadə Mehmed, anası isə Handan Sultandır. Onunla eyni ərəfələrdə babası Sultan Muradın da iki əkiz oğlu dünyaya gəlmiş (Şahzadə Cahangir və Şahzadə Süleyman), bu səbəblə doğumu şənliklərlə qeyd olunmuşdur. Uşaqlıq illəri Manisada keçən Şahzadə Səlim atasının 16 yanvar 1595-ci ildə taxta çıxmasıyla paytaxt İstanbula gətirildi və sultanın ən böyük oğlu kimi taxtın varisi olaraq görülməyə başlandı.
Ancaq tutulduğu qızılazar xəstəliyi səbəbilə 20 aprel 1597-ci ildə hələ 12 yaşında ikən İstanbulda vəfat etdi. Atasının da iştirak etdiyi cənazə mərasiminin ardından Ayasofiyadakı Sultan Səlim türbəsinə dəfn olundu.
İstinadlar
Kateqoriya:Osmanlı şahzadələri
Kateqoriya:İstanbulda doğulanlar