Qaraburun, Qırmızılı, Karakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. İrəvan xanlığında kənd.
Tarixi Qaraburun rayon mərkəzindən 18 km məsafədə, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 115 qeyd edilmişdir.
Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözündənƏhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985. s.70 və «irəli çıxan və ya suya doğru uzanan»Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.99, «dağ çıxıntısı, dağın qolu, sıldırımlı qaya» Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.103 mənasında işlənən burun sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur.
İstinadlar
Xarici keçidlər
Kiesling, Rediscoving Armenia, pp. 18–19, available online at the US embassy to Armenia's website
Kateqoriya:Talin kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri