Şahzadə Mahmud () — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.Osmanlı Tarihi, II. Cilt, 10. baskı, Türk Tarih Kurumu Yayınları-2011, Ord. Prof. İsmail Hakkı Uzunçarşılı

Həyatı

Uşaqlıq illəri Şahzadə Mahmud 1476-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Mahmud 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Aləmşah, Əhməd və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Kastamonu sancaqbəyi təyin edildi. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.

Atasının səltənət illərində Ögey qardaşı Şahzadə Aləmşahın vəfatının ardından (1503), Manisa sancaqbəyi təyin edildi və ölümünədək bu vəzifədə qaldı. Onun Manisaya təyin edilməsinin ardından böyük oğlu Musa Sinopa, kiçik oğlu Orxan isə öz yerinə Kastamonuya təyin edildi. Ən kiçik oğlu Əmirxan isə hələ azyaşlı olduğu üçün sancaqbəyliyinə təyin edilməmişdi.

Ancaq Manisaya təyin edilməsindən 4 il sonra 1507-ci ildə anidən vəfat etdi. Ölüm səbəbi bilinmir. Bəzi mənbələrdə onun atasının əmriylə edam edildiyi qeyd edilir. Cənazəsi Bursaya gətirildi və Muradiyə külliyəsi daxilində dəfn edildi. Dəfndən sonra anası Bülbül Xatun tərəfindən məzarı üzərində türbə inşa edildi.

Oğulları Musa, Orxan və Əmirxan isə 1512-ci ildə ögey əmiləri Yavuz Sultan Səlimin əmriylə boğularaq edam edildi. Övladları da öz yanında dəfn edilmişdir.

Övladları Şahzadə Musa (d. 1490 — ö. 16 dekabr 1512) Aişə Xundi Sultan (d. 1493 — ö. 1556) Mehrixan xanım Sultan Şahzadə Orxan (d. 1494 — ö. 16 dekabr 1512) Zeynəb Fatma Sultan (d. 1495 — ö. aprel 1533) Şahzadə Əmirxan (ö. 16 dekabr 1512)

Mənbə Süreyya Mehmed Bey. Sicill-i Osmani / ed. Nuri Akbayar. — Istanbul: Tarih Vakfi Yurt Yayınlar, 1996. — P. 19. — ISBN 975-333-049-5 Jorga Nicolae Geschichte des Osmanischen (пер. Epçeli Nilüfer). — Стамбул: Yeditepe yayınevi. — С. 263–264. — ISBN 975–6480-19-x Doğan Yavaş, Muradiye Külliyesi, Türk Diyanet Vakfı İslam Ansiklopedisi

İstinadlar

Kateqoriya:Osmanlı şahzadələri