İşim çayı () — Qazaxıstan və Rusiya ərazisindən axan, İrtış çayının sol və ən uzun qolu. Çayın hövzəsinin sahəsi 177 000 km², uzunluğu 2450 km-dir. İllik su sərfiyyatı 76,0 kub. m³/san-dir. İşim çayı İrtış çayının sol qolu olaraq, onun 1016 km-liyində çaya tökülür.

Adı Xalq arasında belə rəvayət vardır ki, tatar xanının oğlu Kuçum İşim adsız bir çayda boğulmuşdur. Sonradan çayın adı onun şərəfinə verilir. Üstəlik "İşimak" sözü Tatar dilindən tərçümədə "uçurulmuş" mənasını verir.

Coğrafi xüsusiyyətləri thumb|left|200px|İrtış çayının hövzəsi thumb|right|250px Çay öz başlanğıcını Qazax alçaq dağlığından götürür. Çay 775 km məsafədə şərqdən qərbə doğru axır. Yuxarı axarlarda çay əsasən şimal-qərb, qərb istiqamətinə yönəlir. Çay Astananın yaxınlığında cənub-qərbə yönəlir. 1578 km-də Derjavinsk şəhəri yaxınlığında çay istiqamətini tamamən dəyişərək meredian üzrə cənubdan şimala yönəlir. Çay Qərbi Sibir düzənliyinə çıxır və burada İşim düzənliyi ilə axaraq İrtış çayına tökülür (Ust-İşim kəndi yaxınlığında).

Hidrologiya və iqlim thumb|250px Çayın qidalanmasında başlıca rolu qar oynayır. Çay noyabr ayında donur və apreldə buzdan azad olur. Orta illik sərfiyyat 1,11 m³/saniyədir.

Çayın axdığı ərazidə qış şaxtalı və soyuq, yayı isə istidir. Ən soyuq ay yanvar, isti ay isə iyuldur. Qışda minimal temperatur -49°, yayda isə +40 °C təşkil edir. İlin cəmi 180-200 günü 0 °C-dən yüksək olur. Aprel ayından etibarən hər gün temoeratur 0.5 °C artır.

Hövzəsi thumb| İşim çayının hövzəsi 177 000 km² təşkil edir ki, bununda 20% Rusiya ərazisində yerləşir. Qolları (Qazaxıstan): sağ — Koluton, Jabay, Akan-Burluk, İmanbulık, sol — Terisakkan; (Rusiya) sağ — Karasul, İk, sol — Barsuk.

Şəhərləri Çayın sahilində Qazaxıstanınn paytaxtı olan Astana şəhəri yerləşir. Sahilində yerləşən şəhərlər: Atbasar, Jabay, Esil, Derjavinsk, Sergeyevka, Petropavl (Qazaxıstan) və İşim (Rusiya).

Əhəmiyyəti Çayın suyu iri şəhərlərin içməli suya olan tələbatın ödənilməsində istifadə edilir. Naviqasiya üçün Petrapavlovskdan Serqeevski suanbarına qədər olan 270 km məsafədə yararlıdır. Üstəlik balıq məhsullarının isteksalı məqsədi ilə yararlıdır.

Ekologiya İşim çayının suları güclü şəkildə çirklənmişdir. Aşağı axarlarda neftlə çirklənmə 6, dəmirlə 7-4 dəfə normanı keçir.

İstinadlar

Xarici keçidlər İşim çayı р. İşim çayı

Kateqoriya:Qazaxıstan çayları Kateqoriya:Rusiya çayları