Mərkəz Federal Dairəsi () — Rusiya Federasiyası federal dairələrindən biri.
İqtisadiyyatı Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur. Taxıl, tərəvəz, istehsalı inkişaf etmişdir. Geniş nəqliyyat şəbəkəsinə malikdir. Ölkə paytaxtı Moskva burada yerləşir. Əhalisi 10 mln nəfərdən coxdur. Rusiyanın ən iri sənaye, elm-texniki mərkəzidir. İri avtomobil, dəzgahqayırma və digər müəssisələri vardır. 5 dənizə çıxmaq imkanı yaradılmışdır.
Kateqoriya:Rusiyanın federal dairələri Kateqoriya:Mərkəz Federal Dairəsi