Əsgərov Qoçaq Məhərrəm oğlu () — Azərbaycanlı xanəndə və piano ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2018), Prezident mükafatçısı.

Həyatı Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Altı yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başladı. Balaca oğlan hər yerdə ifa edirdi — evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Balaca Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdur; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca ​​1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi, digər yüzlərcə ailələr ilə birlikdə, ölümdən xilas olmaq üçün öz evlərini və mal-qarasını tərk etməyə məcbur edilmişdilər. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı oldular. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qaldı.

1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinfinə qəbul edilmişdir. 2004-cü ildən — 2008-ci ilə qədər o, Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal fənlərini öyrənirdi. Gənc xanəndə titulunun sahibi olmaq məqsədilə, o, hələ tələbəlik dövründə, daha doğrusu 2006-cı ildə Birinci Muğam Milli Televiziya Yarışında iştirak edir və onun qaliblərindən biri olur.

Növbəti ildə o, Londonun məşhur "Brunei Gallery" teatrının səhnəsində çıxış etməsi üçün dəvət alır. Bu onun beynəlxalq debütü və eyni zamanda da onun birinci solo konserti idi. Həmin il ilk dəfə BBC Radio 3 özünün "World Routes" adlı proqramında gənc xanəndəni dinləyicilərə təqdim edir və o vaxtdan bəri bunu dəfələrlə təkrarlayır. 2009-cu ildə isə, BBC Radio 3 onu Londonun Çarlton-parkında düzənlənmiş WOMAD festivalının səhnəsində çıxış etməyə dəvət edir. Xüsusi olaraq festival üçün hazırlanmış bukletdə onun haqda belə bir məlumat yerləşdirilmişdir:

Həmin ildə Qoçaq Əsgərov Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli beynəlxalq musiqi festivalında iştirak edir və qalib gəlir. Özünün səkkiz ildən artıq olan ictimai musiqi fəaliyyəti ərzində, 36 yaşlı Qoçaq Əsgərov 2007-ci ildən başlayaraq, dünyanın bütün əhəmiyyətli beynəlxalq musiqi festivallarında, o cümlədən WOMAD (Böyük Britaniya, 2009), WOMADelaide (Avstraliya, 2010), Taranaki (Yeni Zelandiya, 2010), WOMEX (Yunanıstan, 2012), Proms (Böyük Britaniya, 2013), SXSW (ABŞ, 2014), həmçinin Avropanın, Asiyanın və Yaxın Şərqin çoxsaylı musiqi yarışmalarında, məsələn, Romada təşkil edilən Musica dei Popoli (2012), Hollandiyanın RASA Muziek & Dans, İspaniyanın Casa Asia festivalında (2012), Şanxay Dünya Musiqi festivalında (2014), İsrailin məşhur Jerusalem Oud festivalında (2014) uğurla çıxış etmişdir. Onun əsrarəngiz səsi Böyük Britaniyanın "ARC Music Production" və "Nascente Records", həmçinin İtaliyanın "Felmay Records" və digər səsyazma şirkətləri tərəfindən satışa çıxarılmışdır. Bundan başqa, tanınmış Folk World/Deutsche Rezensionen adlı onlayn musiqi jurnalı tərəfindən Qoçaq Əsgərovun "Felmay" albomuna kifayət qədər müsbət rəy verilmişdir; onlar albom barəsində "Gözəl albom və istedadlı musiqiçi" yazısını yerləşdirərək, sənətçiyə yüksək qiymət vermişdilər. Məşhur Britaniya musiqi jurnalı olan Songlines "dünyanın zirvəsində" başlığı altında 2013-cü ildə buraxılmış Felmay albomu haqqında öz müsbət resenziyasını yerləşdirmişdir. 2013-cü ildə BBC-nin təşkil etdiyi Promenade gecə konsertində Qoçaq Əsgərov Azərbaycan muğamını ilk dəfə olaraq Royal Albert Hall-da səsləndirmişdir. 2018-ci ildə İsveçrədə keçirilən Festival des 5 Continents festivalında fransız musiqiçi Pierre de Trégomain ilə konsert vermişdir. 2020-ci ildə HEART & MIND festivalında çıxış etmişdir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Diskoqrafiya +Diskoqrafiya İl Ad Buraxan şirkət Buraxan ölkə Qeyd2008Music from Azerbaijan. Gochag Askarov & Sari Gelin EnsembleARC Music Productions, EUCD 21462009Qoçaq Əsgərov. Azərbaycan Musiqi Dünyası ()Melodiya MMC2010Music from Azerbaijan. Gochag Askarov & Mugham ensemble TURANBird Walks Records, BW- 012011Gochag Askarov. Mugham/Traditional music of AzerbaijanFelmay Records, CD, fy 81832011"World Routes: On The Road", 2 CDNascente Records, (NASCE001), BBC — disc 2, track 102012The Womeximizer 12, CD 12 WOMEX Selections,Piranha Records AG2013Gochag Askarov. Sacred World of Azerbaijani MughamFelmay Records, CD, fy 82102013Mugham of Azerbaijan CD, track 7Songlines music magazine2017Mugham Souls (Traditional Music of Modern Azerbaijan)Felmay

Beynəlxalq reaksiya , Radio Daily Planet 2010-cu il: "Qoçaq Əsgərov — öz zəngin daxili dünyası və istedadı ilə, ölkənin ən yaxşı müğənnilərindən biridir". , The Adverter 2010-cu il: "WOMADelaide festivalı cümə gününün axşamı cənab Əsgərovun möhtəşəm sədaları ilə başa çatmışdır. Əsgərovun səsi heç zaman dolaşmır və qəfil deformativ pozulmalara məruz qalmırdı. Bir qayda olaraq, onun səsinin qeyri-adi vibrato və portamento effektləri, musiqinin ilahi gözəlliyinə öz töhfəsini verirdi. Əsgərovun marafon məhsuldarlığı əsl vəhy və kəşf idi". , The Adelaide Review 2010-cu il: , RASA Muziek & Dans 2012-ci il: "Qoçaq Əsgərov klassik Azərbaycan muğamının varis şahzadəsidir". , WOMEX Line up 2012-ci il: "Füsünkar gözəlliyi ifadə etməyə qadir olan əsrarəngiz səs… ehtiraslı ötürülmənin və mahir üsullu idarəetmənin fövqəltəbii keyfiyyəti…", "onun konsertləri — musiqi məharətinin və Azərbaycan mədəniyyətinin füsunkar, ovsunlayan və qabaran təzahürlərindən biridir", "Qoçaq Əsgərov — Azərbaycan muğam ifaçılarının müasir nəsilinin fəaliyyət mərkəzində durur". , Southbank Centre 2012-ci il: Qoçaq Əsgərov — Azərbaycan muğamının vokal üslubunun ən yaxşı eksponentlərindən biridir. WOMAD festivalı çərçivəsində Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada keçirilən konsertləri zamanı, onun səsinin virtuozluğu və dramatikliyi, əyləşən beynəlxalq auditoriya üçün son dərəcə heyran- və valehedici hislər yaratmışdır. , London Evening Standard 2013-cü il: "Azərbaycanın əfsanəsi", "dünyanın ən yaxşı müğənnilərindən biri", "dünyanın ən böyük sənətkarı" — bununla belə, onun yüksək musiqi dünyasında tanıtılması üçün bütün bu ifadələr yetərsiz sayılır. , Songlines 2013-cü il: "Qoçaq Əsgərov, Azərbaycanın intensiv inkişaf edən klassik muğam musiqisinin yeni ikonası hesab olunur". , SXSW 2014-cü il: "Demək olar ki, üç oktavalı diapazona malik olan Qoçaq Əsgərovun səsi, öz yüksək virtuozluğu ilə dinləyicini bir anda dram, melanxoliya və eyni zamanda da şövq və ehtiras kimi hislərə qapılmasına səbəb olur. , Jerusalem Post 2014-cü il: Sakit, aşağı və yumşaq keçidə qəfildən dəyişmə ilə müşayiət edilən, yüksək diapazonun fövqəladə dramatik və intensiv oxunuş tərzi daha çox israrla yeri dəyişdirən emosional effektə malikdir. Əsgərov əsl usta oldu. , Confederation House 2014-cü il: Qoçaq Əsgərov Azərbaycanın mədəni elitasının ayrılmaz parçasıdır və öz istedadı sayəsində muğam vokalistləri içərisində qabaqcıl və mühüm pillədə durur.

İstinadlar

Xarici keçidlər Italy, 2011, Turin, concert at the Museum of Oriental Art. Mugham Dilkesh Shanghai, 2014, Mugham Mahour Gochaq Askarov — GROWING INTO MUSIC. Musical enculturation in oral traditions

Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Füzuli rayonunda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları