— Trigger tərəfindən Hiroyuki İmaişinin ssenaristliyi ilə istehsal olunmuş anime serialı. Anime 1 aprel 2016-cı ildən 24 iyun 2016-ci ilə kimi Ultra Super Anime Time veriliş bloku vasitəsilə Yaponiyada yayımlanmışdır.

Məzmunu Luluko Kosmik Patrul üçün işləyən atası ilə birlikdə yaşayan on üç yaşlı qızdır. Onlar Günəş sisteminin sərhədində yerləşən, kosmik məskunlaşma zonasında olan Ogikobo adlanan ərazidə yaşayırlar. 20 il əvvəl yad immiqrantların öz ecazkarlığı ilə seçilən bu şəhərə gəlmələrinə baxmayaraq, Luluko normal məktəbli qızın həyatını yaşayırdı. Hekayə bir gün Lulukonun atasının təsadüfən özünü dondurması ilə başlayır. Luluko isə çıxış yolu olmayaraq atasının iş yerinə gedir. Burada şöbə müdiri tərəfindən Kosmik Patrulun üzvü seçilir. Bundan sonra Lulokunun normal həyatında əsaslı dəyişikliklər baş verir. Luluko yeni iş tərəfdaşı AΩ Nova ilə birlikdə Ogikobonu kosmik cinəyatkarlardan qorumaq üçün hər gün yeni-yeni missiyalara göndərilir.

Personajlar

Səsləndirən: Mao İçimiçi Animenin baş qəhrəmanıdır. O, atası ilə birlikdə Ogikoboda yaşayan on üç yaşlı məktəbli qızdır. Onun əsl istəyi nəyin bahasına olursa olsun, normal həyat yaşamaq idi. Lakin bir gün atası təsadüfən özünü dondurur. Luluko isə atasının iş yerində çalışmağa başlayır. Ona burada kosmik zabit rütbəsi verilir.

Səsləndirən: Cunya Enoki lulukonun işlədiyi Kosmik Patrulun polisi və Lulukonun tərəfdaşı. O, yaxınlarda Lulukonun məktəbinə gələcək və onun yeni sinif yoldaşı olacaq.

Səsləndirən: Mayumi Şintani Lulukonun sinif yoldaşıdır. Blackhole App-da qanunsuz naşir kimi tutulmasından sonra həbsxanadan çıxmaq istəmişdir. Onun əsas məqsədi AΩ Nova ilə yaxınlıq etmək idi.

Səsləndirən: Tetsu İnada Kosmik patrulun və Lulukonun baş rəhbəri.

Səsləndirən: Mitsuo İvata Kosmik Patrulun polisi və Lulukonun atası

Kosmik Patrulun müvəqqəti ştat işçisi. O, artıq Ədliyyənin Şəxsi Katib funksiyasını yerinə yetirir.

Səsləndirən: Yoko Honna Lulukonun anasıdır. O, kosmik piratdır və Life Fibersdən hazırlanan paltar geyinir.

Seriya siyahısı № Başlıq Yayım tarixi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Orijinal ssenari ilə çəkilmiş animelər Kateqoriya:Trigger (şirkət) Kateqoriya:Shueisha manqaları