Qriqori Oyzeroviç Şpigel (; ) — SSRİ kino və teatr aktyoru. RSFSR-in əməkdar artisti.
Həyatı
O, Leninqradda boya fabrikində işləyib. Moskvada həvəskar teatr rejissorluq fakültəsində təhsil almışdır.
1940-cı ildə o, "Mosfilm"də fəaliyyət göstərən məktəbi bitirmiş, daha sonra isə teatr və film aktyoru kimi çalışmışdır.
Kişilər üçün qeyri-adi yüksək xarakterik səsi olmuşdur. "Uzaq sahillərdə" filmində mayor Şults rolunu canlandırıb.
Filmoqrafiya Ovod (film, 1955) Uzaq sahillərdə (film, 1958) - rol: Şults İtirilmiş vaxt haqqında nağıl (film, 1964) Brilyant əl (film, 1968) 12 stul (film, 1971)
İstinadlar
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:XX əsr aktyorları