right|300px|thumb|Kür çayı hövzəsi Azərbaycan Respublikası ərazisinin böyük əksəriyyətini təşkil edir right|300px|thumb|Kür thumb|right|300px|Tərtərçay right|300px|thumb|Araz 300px|thumb|Girdimançay 300px|thumb|Əlincəçay right|300px|thumb|Oxçuçay right|300px|thumb|Kürmükçay right|300px|thumb|Katexçay right|300px|thumb|Həkəri
Azərbaycan çayları — Azərbaycan Respublikası ərazisindən axan çaylar.
Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar: Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları; Azərbaycanın bilavasitə orta Xəzərə axan şimali-şərq çayları; Bilavasitə Xəzər dənizinin cənubuna axan cənubi-şərq çayları.
Ümumi məlumat Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır və onların bütövlükdə ümumi uzunluğu 33665 km təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Bunlar adətən isti havalarda tez quruyur. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.
Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır.
Dağ çayları Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.
Düzənlik çayları Düzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.
Coğrafi yerləşməsinə görə çayların təsnifatı
Böyük Qafqazın şimal-şərq yamacının çayları Samur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Şabrançay, Ataçay və s.
Abşeron-Qobustanın çayları Pirsaatçay, Ceyrankeçməz, Sumqayıqçay, Sitalçay və s.
Talış dağlarından axan çaylar Bolqarçay, Viləşçay, Lənkərançay, Təngərudçay və s.
Kür hövzəsinin çayları Qanıx, Balakənçay , Əyri çay, Daşagil çay, Araz və s.
Azərbaycan çaylarının siyahısı 1000 km-dən yuxarı Kür, 1515 km Araz, 1072 km
1000-100 km Qanıxçay, 413 km Qabırrıçay, 320 km Samurçay, 216 km Anaxatır (Ehram və ya Xrami), 201 km Tərtərçay, 200 km Sumqayıtçay, 198 km Kürəkçay, 186 km Türyançay, 180 km Bazarçay, 178 km Bolqarçay, 163 km Əyriçay, 135 km Ağstafaçay, 133 km Həkəri, 128 km Arpaçay, 126 km Xaçınçay, 119 km Pirsaatçay, 119 km Göyçay, 115 km Qarqarçay, 115 km Viləşçay, 115 km Qudyalçay, 108 km Qusarçay, 108 km Köndələnçay, 102 km Ceyrankeçməzçay, 100 km
100-50 km Gəncəçay, 99 km Gilançay, 99 km Əlicançay, 98 km Vəlvələçay, 98 km Şəmkirçay, 95 km Qaraçay, 93 km (Quba və Xaçmaz) Zəyəmçay, 90 km Girdimançay, 88 km Ağsuçay, 85 km Oxçuçay, 85 km Ləkərçay, 84 km İncəçay, 83 km (Ağdərə, Tərtər və Yevlax) Quruçay, 82 km (Xocavand və Füzuli) Lənkərançay, 82 km Gorançay, 81 km Naxçıvançay, 81 km Quruçay, 77 km (Quba və Xaçmaz) Axıncaçay, 76 km Qoşqarçay, 76 km Gilgilçay, 72 km Həsənsuçay, 71 km Dəmiraparançay, 69 km Ağçay, 68 km Çikilçay, 68 km Caqacuqçay, 65 km Bala Kür, 63 km Hocazsuçay, 63 km Əlincəçay, 62 km Xonaşençay, 62 km Coğazçay, 60 km Cəyirçay, 58 km Muxaxçay, 56 km Tikanliçay, 56 km Kürmükçay, 55 km Katexçay, 54 km Şabrançay, 62 km Künkütçay, 52 km Bumçay, 51 km İncəçay, 51 km (Cəbrayıl) Zabuxçay, 51 km Göytəpəçay, 50 km
Mənbə Azərbaycanın çayları, gölləri və su anbarları
Həmçinin bax Azərbaycanın daxili suları Azərbaycan gölləri Azərbaycan su anbarları Azərbaycan şəlalələri
Çaylar Çaylar Kateqoriya:Azərbaycan relyefi siyahıları